İçki asılılığını aradan qaldıran - Acı yovşan


Yovşan tərkibində C, PP, B6, B1, B2, A vitaminləri olan dərman bitkisidir. Qədim zamanlarda olimpiya oyunları zamanı sinir və əzələ gərginliyini aradan qaldırmaq məqsədilə yovşandan istifadə edilib. Müasir tibbdə isə əsasən yovşanı müxtəlif dərman preparatlarının tərkibinə daxil edilib istifadə olunur.

Sağlamolun.az xalq təbabətində yovşandan istifadə qaydasını təqdim edir:

* Xalq təbabətində yovşandan sidikqovucu, ödqovucu və qurd əleyhinə istifadə edilir. Bu məqsədlə 1 xörək qaşığı adi yovşanın kökünü 200 ml suda 10 dəqiqə zəif odda qaynadıb , soyuduqdan sonra istifadə edilir.

* Mədə şirəsinin çoxalması, ödün boşalması və qəbizliyi aradan qaldırmaq məsədilə acı yovşan otunun dəmləməsini içmək lazımdır. Bu zaman 1 çay qaşığı otun üzərinə bir stəkan qaynar su əlavə edib gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Bu dəmləmə əsəb gərginliyi, yuxusuzluğu, stressləri aradan qaldırır.
* Yovşanı spirtdə saxlayıb içdikdə pnevmoniya xəstəliyinin sağalması sürətlənir.
* Yarım xörək qaşığı yovşanı 1 stəkan suda 10 dəqiqə qaynadıb 30 dəqiqə soyutmaq və əldə olunan 50 ml dəmləməni yatmazdan əvvəl içmək lazımdır.
* Yovşan qaynayan suyun buxarını qəbul elədikdə yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin sağalması sürətlənir.
* Amenoreya və hipomenstural sindrom zamanı, hamiləlik qusmaları zamanı, ağrısız doğuşların baş verməsi üçün yovşan dəmləməsi qəbul edilir. Fizioloji qanaxmalar zamanı 3 xörək qaşığı yovşanı 1 gün soyuq suda saxlayıb hər 3 saatdan bir 1 xörək qaşığı içmək lazımdır.
* Acı yovşan dəmləməsi spirtli içkilərdən olan asılılığı aradan qaldırır.


Xaricə tətbiqi:


* Təzə yovşan şirəsi yaraların və kəsiklərin sağalmasını sürətləndirir.
* Yovşan şirəsi diş ağrılarının aradan qalxmasına səbəb olur.
* Yovşan qatılmış su ilə ayaqları vanna elədikdə tərləmə əlamətləri aradan qalxır.
* Mazolları, xalları və xərçəng yaralarını yovşan buxarına verdikdə əlamətlər azalır.
* Yovşan cövhərini revmatizm, nevralgiya və lyumbalgiya xəstəliklrində istifadə etdikdə ağrılar aradan qalxır. Acı yovşan qatılmış şərab da xalq arasında çox sevilib.  Yovşan dəmləməsini baş ağrıları və rinit zamanı kompres kimi istifadə etdikdə ağrılar aradan qalxır.

Saglamolun.Az