Türkiyənin məşhur müğənnisi Ajda Pekkan maraqlı açıqlamaları ilə gündəmə gəlib. Qonaq olduğu verilişdə niyə uşaq sahibi olmadığı barədə danışıb.
Müğənni indiyə qədər 6 dəfə hamilə olduğunu, amma hər dəfəsində də abortla hamiləliyini sonlandırdığını etiraf edib. Buna səbəb uşaq sahibi olmaqdan qorxması olub.
Ajda Pekkan uşaqları çox sevdiyini desə də, bu sektorda inkişaf edə bilmək üçün ana olmağa cəsarət etmədiyini açıqlayıb.
"Hamilə olduğum zamanlarda maddi vəziyyətim çox pis idi, özümü güclə dolandırırdım, bütün bu səbəblər məni qorxudurdu. Hər dəfə abort qərarı verib, hamiləliyimi sonlandırırdım. Özümü pişiklərimlə təsəlli etmişəm. Əsas insanın özündür. Həyatda mənim üçün özümdən önəmli heç nə yoxdur”,-deyə müğənni qeyd edib.
Ajda Pekkan özünü reklam etmək, göstərmək üçün bahalı geyim və aksessuarlara pul xərcləmədiyini, hətta çantalarının hamısının saxta olduğunu, brend məhsul olmadığını da açıqlayıb.
Qeyd edək ki, Ajda Pekkan Türkiyənin ən çox estetik əməliyyat etdirən müğənnilərindən biridir. Türk pop musiqisinin "Superstar"ı olaraq tanınan müğənni 14 dəfə əməliyyat olunub. 3 dəfə burnunu əməliyyat etdirib, 6 dəfə dodaqlarına silikon vurdurub, diz qapaqlarını və boyunu uzadıb, 4 dəfə üz gərmə əməliyyatı keçirib və hər 6 aydan bir üzünə botoks tətbiq etdirir. Müğənninin 77 yaşı var.
Sevinc Hüseynova
Saglamolun.Az