Əhalinin təhlüksəzliyini təmin etmək, cinayətkarlarlığın qarşısını almaq məqsədilə Daxili İşlər Nazirliyi bir sıra tədbirlər planı həyata keçirir.
Bunlardan biri də könüllük prinsipi əsasında kamera sisteminin quraşdırılmasıdır. Belə ki, artıq hər bir şəxs DİN xətti ilə öz qapısına kamera sistemi qurşdıra bilər.
Bununla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev Medical Media-ya açıqlama verib.
O bildirib ki, vətəndaşların müraciətləri əsasında qurum kameralaşdırma sistemini həyata keçirir. Bir çox ərzailərdə artıq işlər yekunlaşıb. Kameranın olmadığı yerlərdə həm polis əməkdaşlarının tövsiyəsi, həm də vətəndaşların müraciətləri əsasında bu işlər görülür.
Onun sözlərinə görə, bu vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, həmçinin baş verə biləcək neqativ halın, cinayətin qarşısının vaxtında alınması üçün qabaqlayıcı tədbirdir.
“Apardığımız müşahidələr göstərir ki, kameralaşma sistemi olan ərazilərdə cinayət hadisələri daha az olur. Bundan başqa baş verə biləcək neqativ halın qarşısını almaq və baş vermis cinayət hadisəsinin üstünü açmaq daha asan olur. Bu sistemlər xüsusən binalarda giriş və çıxışlarda quraşdırılacaq”,- deyə Daxili İşlər Nazirliyinin əməkdaşı qeyd edib.
Nurlan Əliyev həmçinin bildirib ki, bu kamera görüntülərinə polis əməkdaşları tərəfindən nəzarət ediləcək.
Sevinc Hüseynova
Saglamolun.Az