2 yaşına qədər uşaqlara bu 2 MƏHSULU verməyin! Pediatrlardan qadağa

Son zamanlar uşaqlar arsında sürətlə artan piylənmə, allergiyalar, bronxial astma və bir çox digər xəstəliklər pediatrların ciddi narahatçılığına səbəb olur.

Uşaqlarda bu və bir çox digər sağlamlıq problemlərinin profilaktikasında ana südü ilə qidalandırılma çox böyük rol oynayır. Mütəxəssislər uşaqlara 2 yaşına kimi ana südü verməyi tövsiyə edirlər. Ən pis halda uşaq 6 ay ərzində ana südünü yeməlidir.

Həmçinin mütəxəssislər qeyd edir ki, müasir uşaqların qidalanmasında şəkər və şirniyyatlar çoxdur. Şəkər orqanizmdə iltihablar yaradır, piylənmə və kariesin riskini artırır. Həmçinin uşaqlıqda şəkərin çoxlu miqdarda istehlakı gələcəkdə allergik xəstəliklər, astma və yüksək təzyiq kimi pozulmaların inkişafına səbəb ola bilər.

ABŞ alimləri uşaqların qidalanmasını təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, uşaqlar şəkərin əsas hissəsini meyvə şirələri və şirin yoqurtlardan alır. Mütəxəssislər bu 2 qidanı uşaqlara 2 yaşına kimi verməməyi tövsiyə edirlər.

Saglamolun.az bildirir ki, araşdırmanın nəticəsi Journal of the Academy of Nutrition and Dietetics jurnalında dərc olunub.

Saglamolun.Az