Qadınlar üçün ayın sonuna kimi qüvvəyə minəcək qərar - Transseksuallarla birgə...

Dünya Atletika Assosiasiyası trans qadınların beynəlxalq tədbirlərdə qadın kateqoriyasında yarışmasını qadağan edib.

Ayın sonuna kimi qüvvəyə minəcək qərar yetkinlik yaşına çatdıqdan sonra cinsiyyətini dəyişən transseksual idmançıları əhatə edəcək.

Dünya Atletika Assosiasiyasının sədri Sebastian Koe bildirib ki, martın 31-dən etibarən yetkinlik dövrünü kişi cinsi ilə keçirmiş heç bir transseksual idmançının qadınların yarışlarında iştirakına icazə verilməyəcək.

O qeyd edib ki, Ümumdünya Atletika Şurası bu gün idmanımızda qadın kateqoriyasını qorumaq və trans idmançıların iştirakını məhdudlaşdırmaqla həlledici addım atıb .

Əvvəlki qaydalara əsasən, Ümumdünya Atletika Assosiasiyası trans qadınlardan qadınlar kateqoriyasında yarışmazdan əvvəl qan testosteron səviyyələrini maksimum 5nmol/L-ə endirmələrini və 12 ay ərzində davamlı olaraq bu həddən aşağıda qalmasını tələb edirdi.

Qərar bir çox sektorlar, o cümlədən federasiya, idmançılar, məşqçilər, transgender qrupları, BMT ekspertləri və digər qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr əsasında qəbul edilib.

Sevinc Hüseynova

 

Saglamolun.Az