Загрузка...

Leykositlərin artması və azalması

Leykositlər immun sistemi hüceyrələrinə aiddir. Leykositləri "ağ qan hüceyrələri" adlandırırlar. Lakin onlar ağ yox, rəngsizdir.

Leykositlər müxtəlif ölçülərdə (6- 20 mkm) və formalarda olur. Leykositlərin xüsusiyyətlərindən biri də onların sərbəst şəkildə hərəkət etməsidir.

Leykositlərin bir neçə növü olsa da, onların funksiyaları oxşardır. Leykositlər insanı xəstəliklər törədən və ölü və mutasiyalara uğramış (məsələn, xərçəng) hüceyrələrdən və antiqenlərdən qoruyur.

Böyüklərin qanında leykositlərin sayı normada 4-9X10 9 l olur. Uşaqların qanında leykositlərin sayı daha çox olur və bu səbəbdən uşaqlar üçün olan normalar başqadır.

Qanda leykositlərin sayının artması xəstəliyin diaqnozun qoyulmasında böyük rol oynayır. Leykositlərin sayının artması "leykositoz" adlandırılır. Leykositoz fizioloji və patoloji olur. Fizioloji leykositoz heç bir xəstəliyin əlaməti deyil və orqanizmdə gedən bəzi dəyişikliklərə cavab olaraq inkişaf edir. Patoloji leykositoz isə hər hansı xəstəliyin simptomu kimi meydana çıxır.

Fizioloji leykositoz bu kimi hallarda inkişaf edir:

- qida qəbulundan 2-3 saat sonra,

- emosional gərginlikdən sonra,

- isti və ya soyuq vannaların qəbulundan sonra,

- ağır fiziki yükləmələrdən sonra,

- doğuşdan sonra,

- menstruasiyadan əvvəl,

- hamiləlik zamanı (xüsusilə hamiləliyin axırına yaxın).

Bu səbəbdən qan analizi səhər saatlarında və sakit vəziyyətdə verilməlidir. Analizdən əvvəl insan bir qədər oturmalı və tam sakitləşməlidir.

Patoloji leykositozun səbəbləri:

- kəskin bakterial infeksiyalar (appendisit, xolesistit, pielonefrit və s.),

- müxtəlif iltihablar,

- xroniki böyrək çatışmazlığı,

- diabetik koma,

- güclü qanaxmalar,

- beyin qansızması,

- ürək, böyrək, dalaq, ağciyər infarktı,

- geniş yanıqlar,

- infeksion xəstəliklər (meninqit, otit, pnevmoniya və s.),

- irinli proseslər.

Bəzi hallarda leykositoz daha kəskin şəkildə (100X10 9) özünü büruzə verir. Bu vəziyyətlərin arasında kəskin və xroniki leykoz, sepsis.

Qanda leykositlərin sayı normadan aşağı düşdükdə (4X10 9 l) bu "leykopeniya" adlandırılır.

Leykopeniyanın səbəbləri:

- bəzi xərçəng xəstəlikləri,

- leykozun başlanğıc mərhələsi,

- autoimmun xəstəliklər,

- dalağın funksiyasının artması,

- virus xəstəlikləri (qrip, hepatitlər, qızılca, məxmərək və s.),

- bəzi dərman preparatların qəbulu,

- bəzi vitaminlərin (xüsusilə B1) çatışmazlığı,

- şüa xəstəliyi və s.

Sidikdə, uşaqlıq yolundan (qadınlarda) və ya uretradan olan yaxmada leykositlərin artması sidik ifrazatı və cinsiyyət sistemində olan iltihabalrın əlamətidir.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика