Həkim axtarışı | Məhsul və xidmət | Facebook | Twitter | Youtube | Instagram | Reklam
Metabolizm orqanizmdə gedən ən vacib proseslərdən biridir.
Maddələr mübadiləsi proseslərinin zəiflənməsi bir çox pozalmalara yol açır. Belə insanlarda əzələ zəifliyi, "pis" xolesterinin səviyyəsinin yüksəlməsi, oynaq problemləri, zəiflik, dəri quruluğu, artıq çəki və depressiya kimi pozulmalar mümkündür.
Lakin bəzi çox sadə üsullar metabolizmi sürətləndirməyə yardım edir.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla sizə bu üsulları təqdim edir:
1. Daha hərəkətli olun.
Bu ən sadə və eyni zamanda ən effektli üsuldur.
2. Tez-tez və az-az yeyin.
Metabolizmi zəif olan insanlar daha tez-tez qida qəbul etməlidir. Gündə 5 dəfə qida qəbul edin, lakin bu zaman qida porsiyaları daha az olmalıdır. Bu maddələr mübadiləsini sürətləndirir.
Heç zaman ac qalmayın. Aclıq metabolizmi daha da zəiflədir.
3. Daha çox zülal qəbul edin.
Zülallarla zəngin olan qidalar (ət, balıq, toyuq, süd məhsulları, paxlalılar) metabolizmi sürətləndirir.
4. Su için.
Orqanizmdə bütün proseslər maye mühitində gedir. Bu səbəbdən susuzluq zamanı metabolizm zəifləyir. Hər səhər mütləq 1 stəkan su için. Bunu həmçinin yatmağa gedəndə, hər qida qəbulundan 30 dəqiqə əvvəl və 30 dəqiqə sonra da etmək lazımdır.
5. Səhər yeməyi mütləqdir.
Səhər yeməyi insan sağlamlığı üçün ən vacib qida qəbulu sayılır. Səhər yeməyi mübadilə proseslərini "işə salır".
Mütəxəssislər sübut edir ki, səhər yeməyi bir çox mübadilə xəstəliklərinin və o cümlədən şəkərli diabetin profilaktikasıdır.
Ürək-damar və qan sistemi 21-02-2019 /943
XƏBƏRLƏR 21-02-2019 /718
Sağlam qida 21-02-2019 /1201
Sinir sistemi 21-02-2019 /702
Uşağın sağlamlığı 21-02-2019 /238
XƏBƏRLƏR 20-02-2019 /768
Sağlam qida 20-02-2019 /2327
XƏBƏRLƏR 20-02-2019 /511
XƏBƏRLƏR 20-02-2019 /1368
XƏBƏRLƏR 20-02-2019 /1495