YENİ QƏRAR BOŞANMA ÜÇÜN ƏSAS OLA BİLƏR
Türkiyənin Kayseri şəhərində Vəkillər Kollegiyasının üzvü Tefvik İmamoğlu sosial media istifadəçilərini xəbərdar edərək, vurğulayıb ki, Yargıtayın 2-ci Mülki Dairəsi qərar çıxarıb. “Qarşı cinsə aid fotoların sosial şəbəkədə bəyənilməsini “etibarı sarsıdan davranış” hesab edərək, bunun boşanma səbəbi ola biləcəyinə qərar verilib.
Buna səbəb, şikayətçi qadın ərinin digər qadınların fotolarını bəyənərək ona xəyanət etdiyini iddia edib. Məhkəmə bu səbəbdən və işin mahiyyətini nəzərə alaraq ərini günahkar hesab edib. Apellyasiya prosesindən sonra qərar təsdiqlənib.
“Bu qərarla birlikdə sosial şəbəkələrdən istifadə ilə bağlı mühüm bir meyar məhkəmə sisteminə daxil olur. Artıq məhkəmələr sosial şəbəkədə edilən bəyənmələri qiymətləndirəcək. Beləliklə, sosial media davranışları boşanma işlərində konkret qüsur kimi qəbul edilir və bu cür rəqəmsal qarşılıqlı əlaqələr güclü sübut sayılır. Vətəndaşlara sosial mediadan istifadə edərkən bunu diqqətdə saxlamalarını tövsiyə edirəm”, – deyə İmamoğlu bildirib.
Mənbə: Hurriyet.com
Saglamolun.Az



















