Əzələ ağrıları, revmatizm və dəri xəstəliklərinə son qoyan - Möcuzəvi BİTKİ

Gicitkən tərkibində B, E və K vitaminləri olan bitkidir. Eyni zamanda dəmir, kalium, kalsium, xrom, mis, manqan, alüminium və molibdenlə də zəngindir. Askorbin turşusu, karoten və karotenoidlər mövcuddur.  Tərkibindəki C vitamini limon və almadan on dəfə çoxdur.

Sağlamolun.az gicitkənin müalicəvi xüsusiyyətlərin təqdim edir:

- Mədə və böyrək xəstəliklərində həlim və ya dəmləmə kimi istifadə edin.

- Yaraların və qanaxmaların müalicəsi üçün əla vasitədir.

- Anemiya və vitamin çatışmazlığı zamanı istifadə edilə bilər.

- Əzələ ağrıları, revmatizm, dəri xəstəliklərinin və podaqranın müalicəsinə kömək edir .

 Sadə vitaminli çay reseptini təqdim edirik:

Tərkibi:

Gicitkən yarpaqları, itburnu və kəklikotu.

Hazırlanma qaydası:

Termosa və ya çaydana hər bir komponentdən 1 xörək qaşığı əlavə edin. 2 stəkan qaynar su tökün və 2 saat dəmlənməyə buraxın. Çay hazırdır.

Saglamolun.Az