Загрузка...

İnkişafdan qalmış (donmuş) hamiləlik

Donmuş və ya inkişafdan qalmış hamiləlik hamiləliyin sona qədər catdırılmaması halının bir növüdür.

İlkin mayalanmadan sonra embrion uşaqlığa çataraq onun daxili qişasına yapışır - implantasiya olunur, lakin bir müddətdən sonra onun inkişafı dayanır.

Tələf olmuş döl yumurtası uşaqlıq daxilindəcə parçalanaraq ananın qanına sorulur ki, bu da ananın zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Bu hal 4 həftədən artıq davam edərsə, ananın sağlamlığı, hətta həyatı üçün ciddi təhlükə yaranır.

İnkişaf etməyən (donmuş) hamiləlik diaqnozu dəqiqləşərsə, heç bir halda özbaşına dölsalmanı gözləmək olmaz. Tələf olmuş dölu və onun bütün qişalarını uşaqlıq daxilindən dərhal xaric etmək lazımdır.

İnkişaf etməyən və ya inkisafdan qalmış hamiləliklərin səbəbləri sona qədər aşkarlanmamışdır. İlk növbədə bu, uşaqda olan ciddi genetik pozğunluq nəticəsində ola bilər. Bundan başqa, erkən hamiləlik dövründə dölün tələf olmasına qadın cinsiyyət orqanlarının infeksion xəstəlikləri, alkoqollu içkilərin qəbul edilməsi, siqaret çəkmə, narkotik preparatlardan istifadə edilməsi və əlverişli olmayan ekoloji şərait də təkan verə bilər.

Bir qayda olaraq, inkişaf etməyən (donmuş) hamiləlik ultrasəs müayinə zamanı aşkar edilir. Bu zaman dölün ölçüləri həqiqi hamiləlik müddətinə uyğun gəlmir və ya dölün ürək döyünməsi təyin edilmir.

İnkişaf etməyən hamiləliyin hər bir halında müxtəlif müayinələr aparmaqla dölün tələf olması səbəblərinin aydınlaşdırılmasını tələb olunur. Həkimlər inkişaf etməyən hamiləlik halından sonra 6–12 ay ərzində növbəti hamiləlikdən qorunmağı tövsiyə edirlər.

Bu müddət ərzində ciddi müayinələrdən keçmək, aşkar edilən xəstəlikləri müalicə etmək, səmərəli qidalanmaq, polivitaminlər qəbul etmək lazımdır. Bu dövrdə həkiminizlə, sizə daha çox uyğun gələn hamiləlik əleyhinə vasitələrin seçimində məsləhətləşin.

Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#64 Sabin92 30.12.2014 09:51
Salam Hekim. Sizi narahat edirem. Menim yoldashimda astenospermiya diaqnozudu. 1 il 4 Ay usaq olmadi mualicelerden sonra hamile qaldim. Lakin hamilelik 8 heftesinde inkishafdan qaldi. Abort olundum. Bu mene hem menevi hem fiziki chox pis tesir eledi. Sizden xahish edirem komeklik gosterin. Men Ilk defe abortdan sonra yeniden hamile qala bilecem? Qeyd edim hekime abort zamani bunu bildirmishem. Chox narahatam ustelik yoldashimin faizi ashagidi yene hamile qalmagim Uzun cheke biler. Inkisafdan qalmamanin sebebi ne ola biler? Men Mikrobdan Analiz verdim. Netice beledir.
Toksoplazma qondi lgG Elisa-35
Xlamidia trachomatis lgG Elisa-10.7
Sitemeqalavirus-16.4
HSV. II lgG -11
Ueaplazma lgG - 1:100
Mikoplazma lgG - 0.9
Rubella lgG - 1.1
Hepatit B- neqativ
Qlukoza - 4.6
Bu neticelerde mende mikrob var? Ve ola biler Ki yoldahsimdan olsin o da mikrobu yoxlatmalidir? Yoxsa ola biler Ki spermasinin zeifliyinden olsun? Yeniden inkishafdan qalar deye chox qorxuram men buna birde psixoloji dozmerem. Sizi narahat etdim evvelceden minnetdarligimi bildirirem
#65 Administrator 31.12.2014 12:53
Цитирую Sabin92:

Bu linkə keçib sualınızı ginekoloqa verin: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html

Загрузка...

HƏKİMLƏR

Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика