Arıqlamaq üçün YENİ ƏMƏLİYYATSIZ METOD

Ağır piylənmədən əziyyət çəkən insanların müalicəsində xüsusi mədədaxili balonlardan istifadə olunur.

Balon endoskopik üsulla mədəyə yerləşdirilir və burada şişərək mədənin bir çox hissəsini tutur ki, nəticədə xəstə daha az yemək yeyir və arıqlayır.

La Sapiyesa Universiteti (İtaliya) alimləri xüsusi mədədaxili balon hazırlayıblar ki, bu balonun mədəyə daxil edilməsi heç bir cərrahi əməliyyat tələb etmir. Bu balonu sadəcə su ilə udmaq lazımdır. Mədəyə düşdükdə balon şişir.

The İndian Express xəbər verir ki, araşdırmada piylənmədən əziyyət çəkən 29 kişi və 13 qadın iştirak edib. İştirakçılar mədədaxili balon udublar. Balon onların mədəsində 16 həftə ərzində qalıb və sonra orqanizmdən təbii yolla xaric olub.

Eksperiment zamanı xüsusi pəhrizlə qidalanan iştirakçılar 15 kq-dan artıq çəki itirib.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика