Bu psixi xəstəliyi olanların sayı artır


ARAŞDIRMA SUALLAR DOĞURUR

PubMed-də dərc olunan geniş icmal yeni trendləri üzə çıxarır: son illərdə Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusu (DÇHP) diaqnozu alan uşaqların sayı kəskin artıb. Tədqiqatçılar bildirirlər ki, artım təkcə pozuntunun daha geniş yayılması ilə bağlı deyil — əsas səbəblərdən biri diaqnostika meyarlarının dəyişməsi və valideyn-müəllim məlumatlılığının yüksəlməsidir.

Xatırladaq ki, DHÇP-li uşaqlarda diqqəti uzun müddət saxlaya bilməmək, tapşırıqları yarımçıq buraxmaq, başqasının sözünü tez-tez kəsmək, yerində sakit otura bilməmək, ani və düşünülməmiş qərarlar vermək, ətraf stimullara həddindən artıq tez reaksiya vermək, davamlı hərəkət ehtiyacı hiss etmək kimi simptomlara rast gəlinir.

Mütəxəssislər qeyd edirlər ki, müasir həyat tərzi, ekran qarşısında uzun müddət qalmaq, intensiv tədris tələbləri və psixososial stress uşaqlarda diqqət problemlərini daha çox görünən edir. Bu isə real DÇHP ilə sadəcə diqqət fərqliliklərinin qarışdırılması riskini artırır.

Saglamolun.Az