Filler sovrulur? - Xeyr!

GÖRÜNMƏYƏN RİSKLƏR

Əvvəllər insanlar fillerlərin tamamilə təhlükəsiz olduğunu düşünürdülər. Lakin MRT görüntüləri göstərir ki, prosedurdan sonra fillerlər toxumalarda qalır, şişir və hətta yer dəyişir.  Bu qadın 6 il ərzində yalnız 12 ml filler vurduğunu bildirib, lakin MRT nəticəsində bədənində 28 ml aşkarlanıb. Bu barədə rusiyalı bloger Katya Konasova paylaşım edib.

Fillerlər suyu çəkərək toxumalarda şişir, həcmi böyüyür və üzün formasını dəyişir. Onlar bəzən tətbiq olunduğu nöqtədən başqa yerlərə hərəkət edərək asimmetriya və deformasiyalar yaradır. Bu uzunmüddətli və görünməyən risklər, estetik prosedurlar zamanı adətən xəstələrə açıqlanmır, deyə bloger araşdırmasından yola çıxaraq bildirir.

Mütəxəssislər bildirir ki, filler yalnız estetik dəyişiklik deyil, üzün strukturuna da təsir edir və sağlamlıq üçün gizli təhlükə yarada bilər.

 

Mənbə: vk.com

Saglamolun.Az