
TİBBİN İZAH EDƏ BİLMƏDİYİ HADİSƏ
2024-cü ilin aprelində sağ əlinin barmaqlarında uyuşma hissi ilə xəstəxanaya müraciət edən 27 yaşlı Yeni Zelandiya sakini Peyc Syusted həyata dönmək üçün sözün əsl mənasında ölümə meydan oxuyub. İmmunitet testləri və beyin görüntüləmələrindən sonra ona dördüncü dərəcəli, “terminal” hesab edilən beyin şişi — astrositoma diaqnozu qoyulub. Həkimlər əməliyyatın mümkün olmadığını deyib, 18 aya qədər ömrü qaldığını proqnozlaşdırıb.
Çoxsaylı onkoloji müalicələr, radio və kemoterapiya başlayır.
13 aylıq dövrdən sonra yenidən aparılan MRT skanlarında şişin izlərinə rast gəlinməyib. Həkimlər bu nəticəni “tibbi anomaliya”, yəni elmə hələ tam aydın olmayan hadisə adlandırıblar. Hazırda həkimlər rəsmi olaraq “tam sağaldı” deməkdən çəkinirlər, çünki mikroskopik hüceyrələr hələ görünməyə bilər.
Bu hadisə sübut edir ki, bəzi “ümidsiz” diaqnozlar belə — həkimlərin “anomaliya” dediyi “möcüzələr”lə nəticələnə bilər. Ona görə də ən ağır xəstəliklərdə, əsla ümidimizi itirməməliyik.
Saglamolun.Az



















