Diabetdən müalicə olunmaq üçün endokrinoloqa və ya diabetoloqa müraciət etmək olar.
Sizi müalicə edən həkim ixtisaslı endokrinoloq və ya diabetoloq ola bilər. Endokrinoloq müalicə həkimi olub, diabet kimi xəstəlikər üzrə xüsusi hazırlıq keçmiş və sertifikat almış şəxsdir. Diabetoloq isə diabetin müalicəsi ilə məşğul olan həkimdir.
Əsas məsələ sizin hansı həkimə müraciət etmənizdən və nə kimi yardım almanızdan aslıdır.
Şəkər xəstəliyinin ilkin müayinəsi zamanı nələrə diqqət edilməlidir?
- Xəstəliyi göstərən laborator göstəricilər olmalıdır.
- Bədən çəkisi yoxlanmalıdır
- Ailə üzvlərində bu xəstəliyin olub-olmaması müəyyən edilməlidir.
- Qidalanma barəsində məlumat əldə edilməlidir
- Fiziki hərəkətlərin tezliyi və intensivliyi bilinməlidir
- Siqaretdən istifadəsi haqqında məlumat mühümdür.
- Yüksək qan təzyiqinin olub-olmadığını müəyyən etmək lazımdır.Diabet
- Qanda xolseterinin miqdarı müəyyən edilməlidir.
- Qanda şəkərin miqdarı bilinməlidir.
- Yanaşı xəstəliklər barəsində bilmək vacibdir.
- Ağrılar haqqında məlumat olmalıdır.
- Ağız boşluğunu müayinə edilərək, dişlərlə problemin olmasını təyin etmək vacibdir.
- Boğaz nahiyyəsi müayinə edilməlidir. Qalxanvari vəzidə problemin olması və müayinəyə ehtiyac olub-olmaması təyin edilməlidir.
- Əl və ayaq barmaqları müayinə edilməlidir.
- Ayaqlarda pulsasiya və hissiyatı yoxlanmalıdır.
- Dəri müayinə edilməli və reflekslər yoxlanmalıdır.
- Şəxsin nəbzi yoxlamalıdır.
- Qan və sidiyin analizi mütləqdir.
Diabet xəstələri ildə 2-3 dəfədən az olmayaraq, həkim müayinəsindən keçməlidirlər. Əgər xəstə insulin qəbul edirsə, və ya qanda şəkərin miqdarını çətinlikə tənzimləysə, müayinə üçün ildə 4 dəfədən az müraciət etmək doğru deyil.
Sevinc Hüseynova
Saglamolun.Az