Fazil Mustafanın həyat yoldaşı danışdı: Hazırda vəziyyəti…

“Hal-hazırda ikinci əməliyyat bitib. Yaxşıdı, çox şükür, əməliyyatdan çıxıb, amma narkozdan ayılmayıb. Buna görə də nə vaxt evə buraxılacağını bilmirik. Həkimlər hələ dəqiq bir söz demirlər. Xəstəxanadadır, vəziyyəti normaldır”.

Bunu Saglamolun.az-a özəl açıqlamasında millət vəkili Fazil Mustafanın həyat yoldaşı bildirib.

Qeyd edək ki, ötən gün gecə saatlarında evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa artıq ikinci dəfə əməliyyata olunub.

Sevinc Hüseynova

Saglamolun.Az