Dilarə Əliyeva və Mehriban Zəkinin son durumu - HƏKİM AÇIQLAMA VERDİ

"Xəstəxanaya axşam saatlarında gətirilən Mehriban Zəkiyə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, döş qəfəsi və qarnın küt travması, sümüklərin aşağı üçdə birinin qapalı yerdəyişən sınığı diaqnozu qoyulub. O, diaqnostika şöbəsinə yerləşdirilib və bütün müayinələrdən keçirilib. Hal-hazırda müayinə və müalicəsi davam etdirilir".

Bunu Saglamolun.az-a Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmotologiya şöbəsinin müdiri Aqil Yüsifov deyib. 

Həkim onu da qeyd edib ki, digər xəstə Dilarə Əliyeva isə qəbul şöbəsində acildədir. Ona döş qəfəsi və qarnın küt travması, sağ aşıq-baldır oynağının əziyi diaqnozu qoyulub. Onun da bütün müayinələri həyata keçirilib, müalicəsi davam etdirilir. 

Sevinc Hüseynova 

Saglamolun.Az