Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Hadiisədən sonra mərhumun qəzadan bir müddət öncə ürəyindən əməliyyat olunması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Lakin O.Əliyevin yaxınları məlumatı təsdiq etməyiblər.
Məlumatına görə, mərhumun nəşi Patoloji Anatomiya Birliyindən məscidə aparılıb.
Daha sonra Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.
Mərhumun sənət dostları, qohumları, ailə üzvləri onunla vidalaşmaq üçün mənzilinə toplaşıb.
Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Abşeron rayonu ərazisində baş verib. Belə ki, O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Mərhumun həyat yoldaşı Dilarə Əliyeva ilkin ifadəsində Oqtay Əliyevin sükan arxasında özünü pis hiss etdiyini bildirib.
Saglamolun.Az