Загрузка...

Bu qidalar ağrıları azaldır

Hər birimiz həyatda müxtəlif ağrılarla üzləşirik - baş ağrısı, bel ağrısı, oynaq və əzələ ağrıları və s.

Əksər hallarda fikirləşmədən biz ağrısızlaşdıran dərmanlardan birinə əl atırıq. Lakin belə dərmanların tez-tez və həkimin məsləhəti olmadan qəbulu çox təhlükəlidir.

Bu səbəbdən ağrılarla təbii üsullarla mübarizə aparmağa çalışın. Maraqlıdır ki, bəzi qida məhsulları və ədviyyatlar ağrıları azaltmaq xüsusiyyətinə malikdir. Bu məhsullar arasında:

- Albalı. Bu giləmeyvə və onun şirəsi çox gözəl təbii ağrısızlaşdırıcı dərmandır. Albalı oynaqlarda və əzələlərdə ağrıları və iltihabları azaldır.

- Zəncəfil miqren, artrit, əzələ ağrıları, qadınlarda menstruasiya ağrıları, mədədə diskomfort zamanı çox yaxşı kömək edir. 1/4 çay qaşığı üyüdülmüş və ya 3-4 sm uzunluqda təzə zəncəfil isti suda dəmlənilir və qəbul olunur.

- Balıq və balıq yağı bel, boyun, oynaqlar ağrıları zamanı yaxşı kömək edir. Belə ağrılardan tez-tez əziyyət çəkirsinizsə, həftədə 2-3 dəfə balıq yeyin. Omeqa3 maddəsi ilə zəngin olan balıq qan dövranını yaxşılaşdırır, sinir və damarları iltihablardan qoruyur.

- Sarıkök bağırsaqlarda spazmları, sinir və oynaq ağrılarını azaldır, iltihabəleyhinə təsir edir.

- Bioyoqurt mədə-bağırsaq sistemində ağrılar, köp, spazmlar və s. xoşagəlməz hisslərlə mübarizə aparır.

- Nanə istənilən ağrılar zamanı yaxşı kömək edir. 1 çay qaşığı nanə qurusunu 1 fincan qaynar suda dəmləyin, 1 dilim limon əlavə edin və için. Baş, qarın, əzələ ağrıları tez bir zamanda keçəcək.

- İstiot çox yaxşı ağrısızlaşdırır. Məhz bu səbəbdən ağrılar zamanı tərkibində istiot olan plastrlar və məlhəmlər istifadə olunur. İstiot damarların genişlənməsinə, yerli qan dövranının yaxşılaşmasına səbəb olur ki, nəticədə ağrı və iltihab azalır.

- Soya bitkisi artrit zamanı yaxşı kömək edir, ağrıları azaldır.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика