İntim əlaqə haqqında bilməli olduğunuz - 10 fakt

Süd vəzi xərçənginin əlamətləri - Onkoloq sadaladı

Süd vəzisi xərçəngi qadınlarda ən çox yayılmış xərçəng növlərindən biridir. Təəssüf ki, xəstəliyin diaqnozu daha çox sonrakı mərhələlərdə aşkarlanır.

Sağlamolun.az xəbər verir ki, Rusiyadan olan onkoloq-mammoloq Marqarita Maqdalyanovanın sözlərinə görə, mütəmadi olaraq özünü müayinə etməklə yenitörəməni vaxtında aşkar etmək olar.

Onkoloq bildirib ki, süd vəzisində adətən ağrı və ümumən özünü büruzə verməyən bərkimə varsa, artıq xərçəngdən şübhələnmək olar. Belə olduğu zaman təcili müayinə olunmaq lazımdır.

Həkim qadınlara  özünə diqqət göstərməyi, qeyri-adi şişlərə və ya dəyişikliklərə həssas yanaşmağı, nə isə bir fərqlilik hiss olunduqda dərhal həkimə baş çəkməyi tövsiyə edib.

Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın

Qida rasionunda faydalı olan yumurta və limon sağlamlıq problemlərinin həllində əvəzolunmazdır. 

Saglamolun.az lent.az-a istinadən bildirir ki, bu iki məhsul birləşdikdə isə bədəndən toksinləri çıxarmağa kömək edir.  Bildirilir ki, limon suyuna yumurta əlavə etmək, həm də sümüklərin bərkiməsinə şərait yaradır.  Bunun üçün böyük bir bankaya 10 yumurta qoyun. Daha sonra üzəri örtüləcək qədər limon sıxın. Bankanın ağzını bağlayın. Onu bir parçaya bükdükdən sonra 10-12 gün otaq temperaturunda, nəmdən və günəş işığından uzaq, uyğun yerdə saxlayın.

 

 
 
Hər iki gündən bir, qarışığın bankanın dibinə çökməməsi üçün yumurtaları qırmadan qabı yumşaq bir şəkildə qarışdırın.

Limon suyu yumurtaları qabıqları ilə birlikdə həll olunacaq. Hər səhər acqarına 1 stəkan içib, daha sonra soyuducuda saxlayın.

Onun sümük ağrısına, bəlğəmə, ağciyər xəstəliklərə, vərəmə, iltihabdan tutmuş hər şeyə qarşı faydalarını görəcəksiniz.