Bir çox xəstəliklərə dərman, nəfsə xoş... - Çaşırın faydaları

Hər il yaz  mövsümündə dağları, yamacları  bəzəyən  çaşır  çoxillik ot bitkisidir. Düzənlik və aşağı dağ qurşaqlarında, gipsli, gilli yerlərdə və quru dərələrdə bitir.  Çaşır Azərbaycanda əsasən  Quba, Qusar və Naxçıvanda  geniş yayılıb. Çaşırdan bir çox xəstəliklərə qarşı istifadə olunuru.

Sağlamolun.az çaşırın bəzi faydalarını araşdırıb:

Qurd əleyhinə: Müalicə məqsədi ilə  çaşırın köklərindən istifadə olunur. Beləki, köklərinin suda dəmləməsi yaxşı qurdqovucudur.

İmmumtedə qarşı: Çaşır immun sistemi gücləndirir, uzun müddətli öskürək zamanı çox faydalıdır.

Xərçəng zamanı: Tərkibi antioksidantlarla zəngin olduğundan xərçəng xəstəliyinin müalicə və profilaktikasında da istifadə oluna bilər.

Həzim sağlamlığı: Faydaları saymaqla bitməyən çaşır metobalizmanı sürətləndirir, bağırsaqları işlədir.

Diabet zamanı: Çaşırın ən əhəmiyyətli faydası bitkinin bədənin şəkər metabolizmində mühüm rol oynaması, orqanizmdəki şəkər səviyyəsinin tarazlığını qorunmasıdır. 

Hamiləlikdə istifadəsi: Hamilə və süd verən qadınlar çaşırdan istifadə etməməlidir.

Qeyd edək ki, tərkibində oksalik turşusu olduğu üçün yarpaqları istehlak edilməməlidir, çünki  insanı zəhərləyə bilər. 200 qram qurudulmuş çaşır köklərini 1 kq bal ilə qarışdırıb, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeymək də bir çox xəsliklərə qarşı faydalıdır.

Eyni zamanda çaşırın  dadlı və iştahaçıcı turşusu olur. Naxçıvanda  bu turşu çox məşhurdur. 

Bəsti Məmməd

 

 

Saglamolun.Az