İmmuniteti gücləndirmək üçün VİTAMİNLİ QARIŞIQ. Resept

Təqdim etdiyimiz qarışıq immuniteti gücləndirir, orqanizmi lazım olan vitaminlər və minerallarla təmin edir. Saglamolun.az bildirir ki, soyuq fəsillərdə bu xüsusilə vacibdir.

Hazırlanması:

1/2 stəkan kişmiş, 1/2 stəkan ərik qurusu, 1/2 stəkan qara gavalı, 1 stəkan qoz ləpəsi, 1/2 stəkan badam yaxşı yuyulur, qurudulur və blenderdən keçirilir. Kütləyə 150 qr bal və 1 ç.q. darçın əlavə olunur, qarışdırılır.

Qarışığı 1-2 gün qaralıq yerdə saxlayın və sonra istifadə edin. Böyüklər gündə 3 dəfə 1 xörək qaşığı, 3 yaşdan yuxarı uşaqlar gündə 2 dəfə 1 çay qaşığı qəbul edə bilərlər. Hazır qarışığı soyuducuda saxlayın.

Saglamolun.Az