Möcüzəvi çaytikan növünün sirri – hindular ondan “ölümsüzlük iksiri” hazırlayıb

Şeferdiya çaytikanının bir növüdür. O Şimali Amerikadan gəlmə bir bitkidir. Bioloq və seleksiyaçı İvan Miçurin onu perspektivli bağ bitkisi adlandırır. Hindular ondan müalicəvi iksirlər hazırlayırlar.

Sağlamolun.az şeferdiyanın bir neçə faydasını sizin üçün araşdırıb:

Azərbaycanda çox az tanınan şeferdiya çaytikanı ilə müqayisədə daha çox C vitamininə malikdir. Bu xüsusiyyəti onu immuniteti dəstəkləyən bir meyvəyə çevirir.


Onun tərkibində müxtəlif şəkərlər mövcuddur.


Meyvə karotenodlar, antosiyaninlər və katexinlərlə zəngindir. Bu komponentlər qan damarlarının divarlarının elastikliyini və gücünü artırır.


Haqqında çox az araşdırmalar olan bu sirli meyvənin dadlı kompotu və ləziz mürəbbəsi olur.

 

Bəsti Məmməd

Saglamolun.Az