Müəllim robot deyil, insandır: Hansı valideyn gün ərzində övladı ilə can deyib, can eşidir?!

“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova feysbuk səhifəsində övladı ilə bağlı paylaşım edib: “83 saylı məktəbin 5 “e” sinfində oxuyan oğlum Oğuzun Nazilə adlı Azərbaycan dili müəlliməsi uşağın qələmi yazmadığına görə başına kitabla vurub.

Təhsil Nazirliyi dünən bullinqlə bağlı uşaqlar üçün tədbir edib.

Burdan Təhsil Nazirliyində çalışan insanlara deyirəm ki, müəllimlərə uşaqlarla davranış dərsi keçin. Necə olur ki, sizin təhsil müəssisənizdə fiziki zorakılıq olur? Müəlliməyə zəng etmişəm, cavabı budur ki, uşaqların hamısı yalan deyir. Təhsiliniz lazım deyil, uşağımızın psixikasını pozmayın. Amerikadakı kimi valideynin özü evdə uşağına təhsil verə bilər. Onsuz da hamısı hazırlığa gedir. Bu faktı belə qoymayacam və bütün hüquqi addımları atacam. Təhsil Nazirliyi, nə düşünürsünüz?”.

Əməkdar müəllim Almaz Həsrət “Şərq”ə açıqlamasında G.Səfərovanın statusundan xəbərdar olduğunu dedi: "Mən də o statusu oxudum və çox təəssüfləndim. Amma hadisə bu şəkildə sosial şəbəkədə qabardılmamalıydı. Bir müəllimlə bağlı hər hansı bir xəbər ümumilikdə məktəbin və orada çalışan müəllimlərin imicinə ziyan vurur. Mən o xanımı da tanıyıram, aktiv, ictimaiyyətçi xanımdır. Gərək əvvəlcə hadisə məktəbin daxilində araşdırılaydı, nəticə əldə ediləydi, sonra informasiya paylaşılaydı. Məncə, bu daha doğru yanaşma olardı və daha müsbət nəticə əldə edilərdi. Bəzən kiçik bir qüsurun qabardılması ümumilikdə insanların zəhmətini heçə endirir. Necə ki, bir damla çirkli su bəzən okeanın təmizliyinə xələl gətirir. Hesab edirəm ki, valideyn baş vermiş hadisəni ictimailəşdirməyə tələsməməliydi. Demək olar bütün məktəblərdə müşahidə kameraları var. Kamera görüntüləri araşdırılardı, hadisənin necə baş verdiyi aydınlaşardı, sonra, zərurət olduğu yəqinləşdikdə xəbər kimi yayılardı. Məktəbdə bu hal yaşanmamalıdır. Bu cür davranış qəbuledilməzdir. Amma dərindən araşdırma əsas şərtdir. Biz ibtidai sinif şagirdi olanda xəttimiz səliqəli alınsın deyə, müəlliməmiz bizi xətkeşlə qorxudurdu.

O xətkeşin “qorxusundan” çoxumuz gözəl xətlə yazmağı öyrəndik. Müəllimlər bəzən şagirdləri nəyləsə qorxudur, sinifdə sakit əyləşməyə, şuluq salmamağa çağırır. Müəllim robot deyil, insandır. Bir bazar günü övladımızla çox demirəm, günün birinci yarısını təmkinli davrana bilirik? Hansı valideyn gün ərzində övladı ilə “can” deyib, “can” eşidir?! Valideyn bir uşaqla evdə bacara bilmir, amma müəllimdən tələb edirlər ki, 25-30 şagirdlə daim nəvazişlə davransın. 25-30 uşaq 25-30 ailə deməkdir. Və hər ailənin də öz xüsusiyyəti. Müəllim isə gündəlik 7-8 sinfə daxil olur. Müəllimi də başa düşmək lazımdır. Biz çalışırıq müəllimlərin nüfuzu artsın, belə xəbərlərsə müəllim nüfuzunu aşağı salmağa xidmət edir. Bu cür hadisələri tez zorakılıq kimi qələmə verib yaymaq düzgün deyil. Ümumilikdə məktəbin, müəllimlərin nüfuzunu düşünməliyik. Bu xəbər yayıldı, sabah o məktəbin şagirdləri müəllimə hansı münasibət göstərəcək? Çox demirəm, şikayətçi valideynlər bircə gün məktəbə gedib müəllimi əvəz etsinlər. Müəllim zəhmətinin ağırlığını bilsinlər.

Saglamolun.Az




loading...

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 10 il

Ətraflı...
Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...
Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика