FDT klassik terapiya ilə bioloji terapiya arasında bağlayıcı zəncir rolunu oynayır. Fotodinamik terapiya (FDT) antiproliferativ bioloji müalicə metodu olub, 100 ildən artıqdır ki, mövcuddur.
Bu metod xüsusi fotosensor-işığa olduqca həssas maddənin radaxlorinzədələnmiş, funksiyasını itirmiş, iltihablaşmış və atipik formaya keçmiş hüceyrələrdə toplanmasına və bu hüceyrələrə lazer işığının təsirinə əsaslanır.
İnkişaf etmiş Avropa ölkələrində uzun müddətdir ki, istifadə olunan radaxlorin preparatı dəniz yosunundan alınıb. Fotosensor maddənin (radaxlorin) toplandığı sağlam olmayan hüceyrələr local təyin olunan 654-680 nM uzunluqdakı lazer işığını udur. Lazerin təsiri altında radaxlorini udmuş zədəli hüceyrələrdə fotodinamik reaksiya işə düşərək sinqlet aktiv forma oksigen əmələ gəlir. Bu sinqlet 02 və ya oksigen daşıyıcı sərbəst radikallar patoloji prosesi dayandırır, atipik hüceyrələri apoptoza (özü-özündən dağılma prosesi) uğradır.
Beləliklə, FDT
- İltihabəleyhinə-Şişəleyhinə
- Regenerativ spesifik immuniteti aktivləşdirir
- Ağrıkəsici-Patoloji angiogenezi aradan
- Ödeməleyhinə qaldırır
- İmmunmoduləedici-Antiallergik təsir göstərir.
GÖSTƏRİŞLƏR:
- Artrit,artrozlar
- Sistemli xəstəliklər:
- Revmatoid artrit -Miegeloz
- Bexterev xəstəliyi - Sistem qırmızı qurdeşənəyi
- Deformasiyaedici spondilyoz
- Vaskulit
- Degenerativ-distrofikxəstəliklər, osteoxondroz, fəqərəarası disk yırtığı, fəqərələrin travmatik zədələnməsi
- Oynaqların degenerativ-distrofik və travmatik zədələnmələri
- Sümük, əzələ, bağların degenerativ-distrofik xəstəlikləri və travması
- Əməliyyatdan sonra, həmçinin, artroskopiya, oynaq və fəqərələrin endoprotezləşməsindən sonra
- Kron xəstəliyi və ulserativkolit
- Xroniki və virus hepatitləri
- Prostatadenoması, xroniki sistit, pielonefrit
- Vitiliqo, psoriaz və digər dəri xəstəlikləri
- Trofiki xora və ya digər yaralar (uzun müddət regenerasiya edə bilməyən)
Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub
.
Saglamolun.Az