Həkim axtarışı | Məhsul və xidmət | Facebook | Twitter | Youtube | Instagram | Ozdorovye.com | Reklam
Əksər insanların fikirinə görə hipertoniya güclü dözülməz baş ağrıları ilə müşayiət olunan bir xəstəlikdir. Lakin bu çox təhlükəli yanılmadır.
Hipertoniya hiyləgər xəstəlikdir. Hipertoniya əksər hallarda uzun müddət, hətta uzun illər ərzində simptomsuz inkişaf edir və simptomlar yalnız xəstəlik artıq ciddi fəsadlar verdikdə meydana çıxır.
Hipertoniya xüsusilə ürəyi, damarları, beyni, böyrəkləri və gözləri zədələyir, onlarda ciddi pozulmalara səbəb olur.
Bəzən həkimlər deyir ki, hipertoniyanın ilk simptomu hipertonik kriz və hətta infarkt və ya insult ola bilər. Bu vaxta qədər insan özünü tam normal hiss edir, heç bir narahatçılıq, baş ağrılar və s. hiss etmir, adi qaydada işləyir və yaşayır . Xəstəlik isə "öz işini görür".
Bəzən insan başgicəllənməsi, halsızlıq, qollarda keyimə, ürək nahiyəsində sıxıcı ağrılar və s. kimi simptomlar hiss edir. Lakin əksər hallarda xəstələr bunları hipertoniyanın inkişafı ilə deyil, stress, yorğunluq, aclıq və s. ilə əlaqələndirir.
Hipertoniyanı vaxtında aşkar etmək və xəstəliyin müalicəsinə başlamaq çox vacibdir. Nəzərə almaq lazımdır ki, hal hazırda həkimlər hipertonyanın xeyli "cavanlaşmasını" müşahidə edir. Bu səbəbdən cavan insanlar da bu xəstəlikdən sığortalanmayıb.
Xəstəliyi vaxtında aşkar etmək üçün ildə bir neçə dəfə profilaktik olaraq arterial təzyiqi ölçmək lazımdır. Böyüklərdə normal arterial təzyiq 120/80 c.st. sayılır. Əgər arterial təzyiq tez-tez bu göstəricilərdən yuxarı olursa və xüsuslə 139/89 c.st çatırsa, bu artıq narahatçılıq üçün ciddi səbəb sayılır. Vaxt itirmədən həkimə müraciət edin. Bu hipertoniyanın başlanğıcı ola bilər.
XƏBƏRLƏR 25-04-2018 /171
Sidik ifrazı sistemi 25-04-2018 /353
XƏBƏRLƏR 25-04-2018 /205
Kosmetologiya 25-04-2018 /238
Sağlam qida 25-04-2018 /141
XƏBƏRLƏR 25-04-2018 /123
XƏBƏRLƏR 25-04-2018 /60
XƏBƏRLƏR 24-04-2018 /207
XƏBƏRLƏR 24-04-2018 /182
XƏBƏRLƏR 24-04-2018 /212
23-04-2018 /4428
24-04-2018 /1234
23-04-2018 /926
09-04-2018 /10758
02-04-2018 /8963
08-04-2018 /8793
20-04-2018 /8487
12-04-2018 /8119