Əmizdirmə zamanı arıqlamaq

Əmizdirən anaları qlobal miqyasda dəstəkləyən və əmizdirmə məsələlərində maarifləndirən “La Leche League” beynəlxalq təşkilatı əmizdirmə müddətində arıqlamaq istəyən analara bir sıra tövsiyyələr vermişdir.

Təşkilat bildirir ki, əksər qadınlar doğuşdan sonra tezliklə normal çəkilərinə qayıtmaq üçün səbrsizlik göstərirlər. Məlumdur ki, hamiləlikdə artıq kilolar bir gecə yığılmamışdır və müvafiq olaraq da, tez bir zamanda yoxa çıxmayacaqdır. Analar doğuşdan iki  ay sonra arıqlamağa başlasalar, bədənlərinin doğuşsonrası bərpası və bol süd ehtiyatının əsasının qoyulmasına imkan olacaqdır. Bir çox analar əmizdirərkən qidalarında müəyyən qaydalara riayət etməklə müntəzəm şəkildə arıqlamaqlarını hiss etmişdirlər lakin, yaxşı olardı ki, pəhriz tutmamışdan öncə hər bir ana həkimi ilə məsləhətləşsin.

Balanslaşdırılmış qida. Ana özünün və körpəsinin sağlamlığı naminə balanslaşdırılmış şəkildə qidalandırıcı maddələri almalıdır. Əks halda ananın qidalandırıcı maddələr deposu tükənmə riskində olacaqdır. Düzgün qidalanmayan analarda südün azlığı və A, D, B6 və B 12 vitaminlərin çatışmamazlığı müşahidə olunur. Bu qətiyyən o demək deyil ki, ana ifrat miqdarda və ifrat kalorili qidalar qəbul etməlidir.

Aclıq. Ananın qidasında kalori çatışmamazlığı onun zəif, yorğun və halsız olmasına səbəb olur. Bu halda olan ana körpəsinə qulluq etməkdə çətinlik çəkir, südün miqdarının azlığından şikayət edir və südün gəlmə refleksinin zəifləməsini hiss edir. Laktasiya dövründə Qida Yarımşurası əmizdirən analara sutkada 1500-1800 kalori qəbul etməyi məsləhət görürür.

Arıqlamanın tempi. Artıq kilolarını tədricən atan analarda nə südün azalması, nə də körpənin sağlamlığa mənfi təsirlər qeydə alınmamışdır. Lakin tez bir zamanda arıqlayan əmizdirən analarda müəyyən narahatlıqlar özünü göstərmişdir. Ətraf mühitin çirklənməsindən bədənə daxil olan toksik maddələr piy qatında toplanır. Sürətlə arıqlayan anaların bədənində olan toksik maddələrin qan dövranında artması və bununla da südünə keçməsi mümkün olur. Sürətli arıqlama prosesi həmçinin süd istehsalının və ehtiyatının azalmasına da əsas olur.

Bir sıra məhşur pəhrizlər azkarbohidratlı qida rejimi təklif edir, bu pəhrizlər çəkinin tez bir zamanda azalmasına səbəb olur. Bu pəhrizlər adətən karbohidratları daha çox zülallarla əvəz etməyə çağırır. Həqiqətən də azkarbohidratlı pəhriz sürətli kilo azalmasına səbəb olsa da, əmizdirən analar üçün bu cür pəhrizlərə karbohidratların (meyvə və nişasta ilə zəngin tərəvəzlərin) daxil edilməsi gərəkdir. Hətta azkarbohidratlı pəhrizlərin tərtibatçıları belə hamilələrə və əmizdirənlərə karbohidratları pəhrizlərində artırmaqlarını tövsiyyə edirlər.

Bir pəhriz növü bütün insanlara uyğun olmaya bilər, xüsusən əmizdirən analara. Buna görə də əmizdirən analar pəhrizə başlamamışdan öncə məsələni ətraflı araşdırmalı, balanslaşdırılmış qidalanmalı, arıqlamanı tədricən  və azkarbohidratlı pəhrizi öz ehtiyaclarına uyğun miqdarda karbohidratlarla zənginləşdirib həyata keçirməlidir.

Hazırladı: Səltənət Zülfüqarova,

Əmizdirmə məsləhətçisi

Vib.az


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика