Загрузка...

Cavanlığı və gözəlliyi bəxş edən MÖCÜZƏVİ TURŞU

Son zamanlar gialuron turşusu ilə gözəllik inyeksiyaları bütün dünyada ən populyar cavanlaşdırıcı prosedurlar sırasındadır.

Yalnız ABŞ-da hər il 2 milyon insan gialuron turşusu ilə inyeksiyalara üz tutur.

Bu inyekisyalar dərinin vəziyyətini yaxşılaşdırır, dərini daha möhkəm, cavan və dartılmış edir. Həmçinin gialuron turşusu 90% kosmetik filerlərin tərkibinə daxildir. Filerlər sallanmış dərini "qaldırmaq" və itirilmiş həcmi doldurmaq üçün müxtəlif yerlərdə (üz, dodaqlar, boyun, çənə) istifadə olunur.

Niyə məhz gialuron turşusu?

Gialuron turşusu ilk dəfə öküzün gözündən alınıb. Bu tam təbii maddədir və insan bədəninin bir çox toxumalarına daxildir. Yəni bu maddə orqanizm tərəfindən "özününkü" kimi qəbul olunur və bu mənada heç bir problemlərə səbəb olmur.

Gialuron turşusu dərinin daxilinə düşdükdən sonra burada mayeni saxlayır ki, bu da dərini daha möhkəm edir, dərinin quruluğunu azaldır, kiçik qırışları yox edir, dərinin rəngini yaxşılaşdırır. Həmçinin gialuron turşusu dəridə kollagenin istehsalnı artırır. Kollagen lifləri dərimizi dartılmış edir. Yaşa dolduqca kollagenin dəridə istehsalı azalır və dəri sallanmağa başlayır, qırışlar əmələ gəlir.

Gialuron turşusu botoksla birlikdə də istifadə olunur və bu daha yaxşı və uzunmüddətli effekt verir.

Krem yoxsa inyeksiya?

Gialuron turşusu tək inyeksiyalar şəklində deyil, həm də xüsusi cavanlaşdırıcı kremlər şəklində istifadə olunur. Bu kremləri 40-45 yaşa qədər olan qadınlar istifadə edə bilər. Lakin daha böyük yaşlarda olan qadınlara belə kremlər ciddi kömək etməyəcək. Bu halda inyeksiyalardan istifadə daha effektlidir.

Həblər

2014-cü ildə Yaponiyada tərkibində gialuron turşusu olan "cavanlaşdırıcı həblər" buraxılmağa başlayıb. Lakin daha sonra həblərin cavanlaşdırıcı effekti təsdiq olunmayıb. Alimlər bu həbləri cavanlaşdırmaq üçün deyil, oynaq problemlərin (ağrı, hərəkətliliyin azalması) həlli üçün daha effektli olduğunu aşkar ediblər.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /896

Яндекс.Метрика