"Bizə tez-tez ünvanlanan suallardan biri cinsi əlaqənin nə qədər davam etməsi ilə bağlıdır".
Sağlamolun.az xəbər verir ki, bu sözləri Baku City Hospitalın uroloq-androloqu Mirhikmət Qiyasov deyib.
O bildirib ki, cinsi əlaqə xəyali bir A nöqtəsi ilə başlayır və B nöqtəsinə qədər ön sevişmə dediyimiz hissəsidir:
"Bu müddətin təqribən 15-20 dəqiqə davam etməsini tövsiyyə edirik. Cütlüklərə görə daha uzun və ya daha qısa ön sevişmə də ola bilər. B nöqtəsindən etibarən cinsi təmas başlayır və xəyali C nöqtəsinə qədər davam edir. C nöqtəsindən sonra davam edən hissədə də həzz almağa davam edilir və orqazım olunur. Ondan sonra isə ereksiya geriləyir".
Həkim qeyd edib ki, erkən boşalan xəstələrdə B və C nöqtəsində olan period normadan qısa olur.
Həkimlə əlaqə saxlamaq üçün +994 50 662 69 92 mobil nömrəsinə zəng edin!
Daha ətraflı videodan izləyin:
Saglamolun.Az