Qış aylarının çatışmazlığı D vitamini: Necə aradan qaldırmalı?

 

Qışda günəş şüasının azalması, qalın və qapalı geyimlərdən istifadə edilməsi D vitamini çatışmazlığl yarada bilər. Xüsusilə qış aylarında hamilə qadınlarda bunu müşahidə etmək olar.

Sağlamolun.az xəbər verir ki, orqanizmin özbaşına istehsal edə bilmədiyi D vitamini çatışmazlığı artdıqca hüceyrələrin regenerasiyası azalır.

Qışda D vitamini çatışmazlığını aradan qaldırmaq üçün təbii vasitələr mövcuddur. Bu qidalardan ən effektivi yumurtadır.

Yumurta sarısı həm yüksək allergik risk, həm də faydalı qidadır. Müntəzəm olaraq istehlak edilən qaynadılmış yumurta orqanizmin D vitamini ehtiyacını ödəyir. Gələcək analar mütləq allergik risklərinə baxıb bu qidadan istifadə etməlidirlər.

Balıq yağı da D vitamini ilə zəngindir. həm analar, həm də körpələr üçün faydalıdır. İnkişaf üçün əvəzolunmaz qida maddələrindən hesab edilir. Balıq yağını kapsul şəklində də qəbul etmək mümkündür.

Sevinc Hüseynova

Saglamolun.Az