Загрузка...

Əhvalınız pisdirsə, gəzməyə çıxın! Alimlərdən MƏSLƏHƏT

Ayova Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, hətta bir neçə dəqiqə ərzində çöldə gəzmək insanın əhvalını yaxşılaşdırır.

The Daily Mail xəbər verir ki, alimlər tələbələrin iştirakı ilə 3 eksperiment təşkil ediblər. Eksperimentin birində tələbələrin bir qrupu 12 dəqiqə ərzində universitet şəhərçiyində gəzirdi, digər qrup foto və ya videoya baxırdı. Alimlər aşkar ediblər ki, birinci qrup tələbələrin əhvalı daha yaxşı idi.

2-ci eksperiment zamanı tələbələrə gəzməkdən əvvəl elan ediblər ki, onlar qayıtdıqdan sonra 2 səhifədən ibarət esse yazmalıdır. Lakin gəzməyin müsbət effekti bu halda da saxlanılıb.

3-cü eksperiment zamanı tələbələr videoya baxırdı. Bu zaman tələbələrin 1-ci qrupu otururdu, 2-ci qrupu ayaq üstə dururdu, 3-cü qrupu isə gəzişirdi. Eksperimentin sonunda məlum olub ki, 3-cü qrup tələbələrin əhvalı daha yaxşı idi.

Beləliklə, əhvalınız pisdirsə, stres vəziyyətinə düşmüsünüzsə, gəzməyə çıxın. Bu sizə kömək edəcək!


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика