YENİ ARAŞDIRMA
İtaliya–İsveçrə Universitetinin (USI) Biotibbi Tədqiqatlar İnstitutu tatuların immun sisteminə təsirini araşdıran genişmiqyaslı tədqiqat aparıb. Alimlər ən çox istifadə olunan üç mürəkkəb rəngini – qara, qırmızı və yaşılı analiz edərək onların orqanizmdə necə davrandığını izləyib.
Tədqiqat göstərib ki, tatu zamanı dəriyə yeridilən mürəkkəb yalnız yerli nahiyədə qalmır, həm də bədən boyunca yayılaraq immun sisteminin hüceyrələrində illərlə qala bilir. Makrofaqlar adlanan əsas immun hüceyrələri bu pigmentləri parçalaya bilmədiyi üçün hüceyrə ölümü və uzunmüddətli iltihab yaranır. Qırmızı və qara mürəkkəbin təsiri daha güclü müşahidə olunub.
Siçanlar üzərində aparılan sınaqlarda mürəkkəb hissəcikləri sürətlə limfa düyünlərinə toplanıb və 2 ay ərzində orada qalıb. Alimlər bu nəticələrin insanlar üzərində əlavə araşdırmalarla təsdiq edilməli olduğunu bildirirlər.
Saglamolun.Az



















