Загрузка...

Süd vəzi xərçəngindən necə qorunmaq olar?

Süd vəzi xərçəngi qadınlar arasında ən geniş yayılmış xərçəng növüdür.

Son illərdə bu xəstəliyin yayılma tezliyi qadınlar arasında artmaqdadır.

Təəssüf ki, bir çox qadınlar həkimə xərşəngin gecikmiş mərhələlərində müraciət edir ki, bu da müalicəni xeyli çətinləşdirir.

Erkən diaqnoz!!! Ən başlıca amil biz həkimlərin, tibb işçiləri, tibb personalının və bütün səhiyyə təşkilatının insanlarımızın bu terminin nə qədər önəmli olduğunu anlamalarıdır.

Xərçəng indi deyil, qədim zamanlardan (3000 il əvvəl İmxotema, 400 il bundan əvvəl Hippokrat və s.) mövcuddur. Şiş "xərçəng"ə bənzədiyindən ona məhz bu ad (“karkinos” latın dilində "xərçəng" deməkdir) verilib.

Hal-hazırda alimlər şiş hüceyrələrinin əmələ gəlmə səbəblərini araşdırmağa çalışır. Digər xərçəng növləri kimi süd vəzi xərçəngi də çox aqressivdir.

Bu xəstəlik genetik olaraq ötürülə bilər. 10% hallarda isə nəsildən nəslə ötürülür və genetik mutasiyaların  hesabına əmələ gəlir (BRCA1 və BRCA2).

Bu xəstəliyə tək qadınlar arasında deyil, kişilər arasında da rast gəlinir. Sayına görə 1%  hallarda kişilər arasında təsadüf edilir. Kişilərdə süd vəzi xərçənginin səbəbi yuxarıda adı çəkilən BRCA2 genetik mutasiya, stress, travma, piylənmə, hormonal pozğunluqdur.

Şişin əmələ gəlməsi bir neçə fazadan ibarətdir: şişin əmələ gəlməsi, böyüməsi, ətraf toxumalara  yayılması (və ya invaziyası). Bunlar hamısı hüceyrə genomundan asılıdır.

Süd vəzi xərçənginin əmələ gəlmə səbəbləri:

1. Esterogenlərin (qadın cinsi hormonları) artması;

2. Aybaşı pozğunluğu;

3. Qalxanvari və böyrəküstü vəzilərinin funksiyasının pozulması;

4. Abort;

5. Süd verə bilməmək prosesləri.

Bütün bu faktorlara süd vəzi xərçəngindən əziyyət çəkən qadınların əksəriyyətində rast gəlinir.

Həmçinin, bu faktorlara erkən aybaşı (menarxe, 11-12 yaş); gec doğuş (30-35 yaş); böyük çəkili hamiləliklər, abortlar, yumurtalıqlarda baş verən iltihabi proseslər, yumurtalıq kistləri, endometrioz və s. xəstəliklər də aiddir.

Bu xəstəlik 65 yaşdan sonra menopauza dövründə olan xanımlarda da rast gəlinir. Bunun səbəbi həddən artıq piylənmə və böyrəküstü vəzi esterogenlərinin artması ola bilər.

Bədxassəli şişlər metastazvermə və invaziya (ətraf toxumaya yayılma) qabiliyyətinə malikdir. Bu proseslərdə əsas rolu UPA və PAİ-1 zülalları oynayır. Onların səviyyəsi qalxdığı zaman süd vəzi xərçənginin əmələ gəlmə tezliyi 1.5-2 dəfəyə qədər artır. Bu məlumatı da bir çoxlarının bilməsi çox vacibdir.

Xülasə

Bu xəstəliyin əmələ gəlmə səbəblərinə görə qadınları 3 qrupa bölmək olar:

1. Bu xəstəlikdən reproduktiv dövrdə əziyyət çəkən qadınlar.

2. Genetik risk faktorlu xanımlar (1-ci xətt ana, xala, xala qızlarında südvəzi və ginekoloji bədxassəli törəmələri olan).

3. Maddələr mübadiləsi və hormonal pozğunluğu olan qadınlar.

Təbii ki, bəzən xərçəng heç bir əlamət, risk faktoru olmadan əmələ gələ bilər.

Mamoqrafiya və US müayinəsi bu xəstəliyin erkən diaqnozu üçün ən düzgün müayinə metodudur. 

Qorunmanın ən rahat yolları mövcuddur!

 

Sevinc Musayeva
Həkim-radioloq (USM)

 

 .


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /214

Яндекс.Метрика