Загрузка...

Yuyucu vasitələr qadınlar üçün təhlükəlidir

Norveçdəki Bergen Universtitetinin alimlərin apardıqları araşdırma nəticəsində bəlli olub ki, müntəzəm olaraq yuyucu vasitələrdən istifadə edən qadınların ağciyərlərində və tənəffüs sistemində problemlər yaranır.

Milli.Az MedicalXpress-ə istinadən bildirir ki, araşdırmaya orta yaş həddi 34 olan 6236 qadın cəlb olunmuşdu. Həkimlər 20 il ərzində könüllülərin tənəffüs sisteminin durumunu müşahidə ediblər. Məlum olub ki, yuyucu tozlardan və vasitələrdən müntəzəm istifadə edən qadınlarda tənəffüsün ilk saniyəsində güclənmiş nəfəsalmanın həcmi il ərzində 3,9 millilitr azalıb.

İnsanın tənəffüs zamanı verdiyi nəfəsin ümumi həcmini göstərən ağciyərlərin güclənmiş yaşam həcmi isə evdar xanımlarda il ərzində 4,3 millilitr, xadimələrdə isə 7,1 millilitr azalıb.

Qadınların tənəffüslərindəki bu problem 20 il siqaret çəkən kişilərdə tənəffüs probleminə bərabərdir.

Qadınların tənəffüsündə müşahidə olunan bu hal yuyucu vasitələrin tərkibində olan və təmizlik işləri zamanı ağciyərə düşərək onun selikli qişasını qıcıqlandıran maddə ilə bağlıdır.

Bu isə astma, xərçəng və s. xəstəliklərə səbəb ola bilər.


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Gültəkin Abdullayeva

Gültəkin Abdullayeva

Trixologiya

Həkim-trixoloq Əmək stajı - 24 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика