Загрузка...

Yenidoğulmuşlarda sinir sisteminin zədələnmələri

Körpənin mərkəzi sinir sisteminin formalaşmasında hamiləliyin ilk 3 ayı böyük əhəmiyyət kəsb edir.

Məhz bu dövrdə qrip, məxmərək, toksoplazmoz, sitomeqaloviruslar və digər müxtəlif infeksiyalar uşağın daxili üzvlərinə, xüsusilə də beyin toxumasına mənfi təsir göstərərək onlarda dərin patoloji hallara səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, bu infeksiyalar (məxmərək, herpes, toksoplazmoz, sitomeqalovirus və s.) ana orqanizminə yalnız hamiləlik zamanı ilkin olaraq daxil olduğu hallarda, körpənin beyin toxumasına mənfi təsir göstərə bilər. Əgər qadın bu infeksiyaların passiv daşıyıcısıdırsa (yəni hamiləlikdən qabaq yoluxmuşdursa), onda bu infeksiyalar körpə üçün təhlükəli hesab edilmir.

Bundan başqa, anada ürək qüsurları, qanazlığı, hipertoniya və digər xəstəliklərin olması nəticəsində bətn daxilində olan körpədə uzun müddət ərzində hipoksiya (oksigen çatışmazlığı) olarsa, bu onun sinir sisteminin və daxili orqanlarının zədələnməsinə səbəb ola bilər. Hipoksiya nəticəsində ilk növbədə baş beyin toxuması zədələnməyə məruz qalır.

Uşaqlarda mərkəzi sinir sistemi zədələnməsinin digər bir səbəbi də doğuş travmalarıdır. Doğuş ağırlaşma ilə keçərsə, dölün başı doğuş yollarında sıxılmaya, gərginliyə məruz qalır. Agırlaşmış, uzunsürən doguşlar zamanı mama-ginekoloqlar bir çox hallarda uşağın baş hissəsinə qoyulan ginekoloji maşalardan istifadə etməli olurlar. Bu maşalar ən təcrübəli əllərdə olsalar da uşağın sağlamlığına zərər yetirə bilər. Çünki maşalar qoyulduqdan sonra həkimlər, dölün bədənini doğuş yollarından intensiv surətdə çevik hərəkətlərlə, dartaraq çıxarmalı olurlar. Bu isə bəzi hallarda həm baş beyinin, həm də onurğa beyinin boyun hissəsinin travmatik zədələnməsinə səbəb ola bilər.

Belə ağırlaşmış doğuşlar vaxtından qabaq doğulan uşaqlar üçün daha təhlükəlidir. Onların kəllə sümükləri çox yumşaq, bərkiməmiş olduğundan doğuş yollarında dölün başının xeyli dərəcədə sıxılması onlarda baş beyinin zədələnmə ehtimalı vaxtında doğulan uşaqlara nisbətən daha da yüksək olur.

Uşağın baş hissəsində olan qansızmanın ölçüsünə (doğuş şişi) doğuşun nə dərəcədə ağır keçməsini təxmin etmək olar. Şiş nə qədər böyük olarsa, doğuş bir o qədər ağır keçmişdir. Bəzən belə qansızmalara uşağın üzündə, boynunda, bədəninin digər nahiyələrində də rast gəlmək olur. Bəzi hallarda yenidoğulmuşların baş hissəsində qanla dolu şişəbənzər törəməyə (kefalohematoma) rast gəlmək olar. Bu çox ciddi mexaniki doğuş travmasının nəticəsi hesab edilir. Kefalohematoma həyatın 6-8-ci həftəsinə qədər öz-özünə sorularaq keçib gedə bələr. Əgər onun ölçüsü həddən artıq böyük olarsa, həkimlər bəzi hallarda punksiya vasitəsilə qanı çıxararaq, yerinə sıxıcı sarğı qoyurlar.

Hamilə qadınların bir çoxu belə hesab edir ki, keysər kəsiyi onların uşaqlarını doğuş travmalarından azad edir. Bu, səhv fikirdir. Bir çox hallarda tamamilə sağlam qadınlar ağır doğuş zamanı uşaqlarının alacaqları travmalardan qorxaraq öz istəkləri ilə (heç bir tibbi səbəb olmadan) keysər kəsiyi əməliyyatına gedirlər. Əslində bu əməliyyat zamanı da körpə travma alır. İş orasındadır ki, keysər kəsiyi zamanı uşaqlıq üzərində aparılan kəsik orta ölçülü körpənin həm baş və həm də çiyin ölçülərindən kiçik olur. Uşağı xaric edərkən həkim onun başından tutub dartmalı olur ki, bunun da nəticəsində onurğanın boyun hissəsi müəyyən travmaya uğrayır.

Valideynlər nəzərdə saxlamalıdırlar ki, ağır doğuşlarda ginekoloji maşalar qoyulması və ya keysər kəsiyi ilə doğulan uşaqlar, vaxtından tez və ya əyriboyunluqla doğulmuş uşaqlar nevropatoloq tərəfindən diqqətlə və hərtərəfli müayinə olunmalı, müvafiq müalicə kursları almalı və uzun müddət ərzində mütəxəssis nəzarəti altında olmalıdırlar. Bu hallarda zəruri müayinə və müalicələr aparılmazsa, nəzərdən kənarda saxlanmış ən kiçik doğuş travmaları da gələcəkdə ağır fəsadlar (güclü başağrıları, enurez - qeyri iradi sidik ifrazı, epilepsiya, digər qıcolma vəziyyətləri və s.) verə bilər.

Son vaxtlar həkimlər belə nəticəyə gəlmişlər ki, uşaqların, hətta böyüklərin bir çox xəstəliklərinin səbəbi - yenidoğulmuşlarda vaxtında aşkar olunmamış və müalicə edilməmiş xəstəliklərdır.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /896

Яндекс.Метрика