Uşağın zəkalı olmasını istəyirsinizsə, hamiləlik zamanı bunları yeməyin!

Harvard Universiteti alimlərinin yeni araşdırması göstərib ki, hamiləlik zamanı bəzi qida və içkilərin çoxlu miqdarda istehlakı gələcək uşağın koqnitiv funksiyalarına (yaddaş, diqqət, təfəkkür və s.) ciddi təsir edir.

Belə ki, hamilə qadının rasionunda şəkərlə zəngin olan şirin qazlı içkilərin və emal olunmuş qidaların (hazır qidalar, şirniyyatlar - peçenye, tort, dondurma, müxtəlif souslar və s.) çoxlu miqdarda olması uşağın koqnitiv funksiyalarına çox mənfi təsir edir. 

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırmada 1000 qadın iştirak edib.

Alimlər qadınların hamiləlik zamanı rasionunu təhlil etdikdən sonra aşkar ediblər ki, hər gün orta hesabla 50 qr şəkər qəbul edən qadınların uşaqlarında yaddaş, diqqət və s. koqnitiv funksiyalar sağlam qidalanan qadınların uşaqları ilə müqayisədə daha aşağı səviyyədə olub.

Nəzərinizə çatdıraq ki, şəkərin günlük norması böyüklər qçqn 15 qr təşkil edir və bu şəkəri əsasən təzə və quru meyvələrdən almaq tövsiyə olunur.

Saglamolun.Az




loading...

UŞAQLARDA ALLERGİYA

HƏKİMLƏR

Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика