İnsanda E vitamini çatışmazlığı çox təhlükəlidir - SƏBƏB VƏ ƏLAMƏTLƏR

E vitamini və ya tokoferol güclü antioksidant təsirli vitaminlərdən biridir, el içində cavanlıq və gözəllik vitamini kimi tanınır. Amma o gözəlliyimizdən çox, daxili orqanlara lazımdır.

E vitamini bütün mübadilə proseslərində iştirak edir, ürəyin işini və qanda xolesterinin miqdarını normallaşdırır.

Bütün əzələlərin düzgün inkişafı və fəaliyyəti üçün, zülal və kollagenin sintezi üçün E vitamini vacibdir.

Böyük insanın gündəlik E vitamini tələbatı 15 milliqramdır. Sutkalıq bundan az miqdarda E vitamini qəbulu artıq defisitə gətirib çıxarır.

Saglamolun.Az medicina.az-a istinadən bildirir ki, bədəndə bu vitamin çatışmadıqda təhlükəli vəziyyət yarana bilər.

Daha çox mədə-bağırsaq problemləri, kolit, xoralı kolit, öddə problemlər, daşı olanlar, öd kisəsi tam çıxarılanlarda bu vitaminin defisiti olur. Çünki bağırsaqlarda tokoferol sovrulmur. Bunun üçün həkim pasiyendə E vitamini dərmanları yazmalıdır.

E vitamini qidalarlar mənimsənilir və bu qidalar əl altındadır.

Məsələn, bitki yağlarının 100 qramında 44 miliqram E vitamin var.

İkincisi badamdır - bir ovuc yemək E vitamini balansının doldurur.

Günəbaxan tumları - çiy və yağlı olmalıdır. 100 qramında 35 milliqram vitamin var.

Eləcə də araxis, fındıq, zeytun yeyilə bilər.

Özbaşına E vitamini preparatları içmək olmaz, çünki bu vitaminin artıqlığı ciddi problemlər yaradır. Onlar toxumalarda yağ kimi depolanır: yorğunluq, əzələ qıcolmaları, baş ağrıları, böyrək və qaraciyərdə problemlər yarada bilər.

Bəzi dərmanlarla, dəmir preparatları ilə yanaşı E vitamini qəbul etmək düzgün deyil.

Saglamolun.Az