Загрузка...

Bu dövr bütün qadınların həyatında olur

Qadının yetkinlik dövrü kimi fizioloji olan bu dövrünə klimaks deyilir. Bu dövrdə reproduktiv dövr başa çatır, yumurtalıqların funksiyaları əhəmiyyətli dərəcədə azalır və qadın üçün doğma qabiliyyətinin başa çatdığı bir dövr başlayır.

Bu dövrə "klimaks" və ya menopauza deyilir. Əsasən meydana çıxma səbəbinin yumurtalıqların yaşlanması olması qəbul edilir.

Menopauza kəlməsi qadın üçün geriyədönməz bir prosesi ifadə edir. Əgər qadın 1 il müddətində menstruasiya olmayıbsa, həmin qadın menopauzaya girmiş hesab edilir. Bu dövrdən sonrakı müddətə menopauzadan sonrakı dövr, bu dövrdən əvvəlki müddətə isə menopauzadan əvvəlki dövr deyilir. Əksər hallarda bu müddət 40-60 yaş arası olur.

Menopauza qadından-qadına dəyişərək müxtəlif şiddətdə, erkən əlamətlər dediyimiz nevroloji və psixoloji simptomlarla təzahür edir. Diaqnozun qoyulması üçün əvvəllər istifadə edilən metod olan uşaqlıq yolu yaxmasının götürülməsi həssaslığı az olduğu və menopauza dövründə qadından-qadına dəyişdiyi üçün artıq istifadə edilmir.

Menopauzadan sonrakı dövrə daxil olmuş qadınlarda ən mühüm laborator göstəricilər estrogenin 20-dən az, FSH və LH-ın ən az 3 dəfə müayinə zamanı 40-dan çox olmasıdır. FSH və LH-ın səviyyələri menopauzadan 3 il sonra maksimum səviyyəyə çatır və sonra mərhələlərlə azalır. Menopauzadan əvvəlki dövrdə menstruasiya olmayan qadınlarda yaşın fərqi olmadan hamiləlik ehtimalı düşünülməlidir.

Menopauzadakı simptom və əlamətlər

Qadınların təxminən 70-80%-də estrogen çatışmazlığı ilə bağlı olan simptom və əlamətlər meydana çıxır. Menopauzada estrogen çatışmazlığı ilə bağlı simptomlar dərhal meydana gəlir. Buna baxmayaraq, qadında menopauzadan sonrakı dövrdə mühüm əhəmiyyət kəsb edən ürək-damar xəstəlikləri və sümük əriməsi ilə bağlı patologiyalar gec dövrdə təzahür edir.

İstilik və tərləmə qadınlarda ən çox müşahidə edilən menopauza şikayətləridir. Eyni zamanda qadınlarda ürək sıxıntısı, narahatlıq, iştahanın azalması, yaddaş və diqqət zəifləməsi, dəyişkən ruhi vəziyyət, libido itkisi müşahidə edilə bilər. Digər bir mühüm məsələ menopauza ilə birlikdə sümük toxumasındakı dəyişikliklərdir.

Menopauzanın müalicəsi

Bu müalicəni menopauzadan əvvəl (pre-menopozal) dövr və menopauzadan sonrakı (post-menopozal) dövr olaraq iki hissəyə ayırmaq olar.

Menopauzadan əvvəlki dövrdə müalicə

Menopauzanın səbəbi yumurtalıqların yaşlanaraq funksiyalarını itirməsidir. Bu dövrün xüsusiyyəti FSH və yumurtalıqlardan sintez olunan estrogenlərin əvvəlki ritmik sintezini itirməyə başlamasıdır. Bu vəziyyətdə müalicə xəstənin şikayətlərinə əsasən müəyyən edilir. Bu dövrdə həkimi və xəstəni müalicəyə vadar edən mühüm şikayətlər hərarət və nizamsız menstruasiya qanaxmalarıdır. Həyata keçiriləcək müalicələr əsasən hormonal müalicələrdir. Lakin dozaları menopauzadan sonrakı dövrün müalicəsindən çox fərqlənir. Məqsəd xəstənin müəyyən dövrlərdə menstruasiya qanaxmasının baş verməsini təmin etmək və xəstəni rahatlatmaqdır.

Menopauzadan sonrakı dövrdə müalicə

Əsas məqsəd itirilmiş estrogen hormonunu bərpa etməkdir. Estrogen müalicəsindəki ən mühüm problem hansı hormonların, hansı şəkildə, hansı yolla və necə istifadə edilməsidir. İstilik şikayətləri olduqda və ya uşaqlıq yolu incəlmələrinin qarşısının alınması lazım gəldikdə xəstədən asılı olaraq müalicənin üsul və müddətini müəyyən etmək olar.

Menopauzanın gec təzahür edən problemi olan sümük əriməsinin sürətlənməsi və ürək-damar xəstəliyi riskinin artması zamanı isə xüsusi olaraq fərd üçün müalicə dozasını təyin etmək mümkün olmur. Bu məqsədlə müalicələr müxtəlif araşdırmalardan əldə edilmiş nəticələr çərçivəsində planlaşdırılır. Mütləq şəkildə etibar etdiyiniz təcrübəli həkiminizlə məsləhətləşməlisiniz və unutmamalısınız ki, menopauza dövründəki hormonal müalicə çox təhlükəli ola bilər.

Menopauzadan sonrakı dövrdə qanaxmanız olubsa, yəni 1 il müddətində menstruasiyadan kəsildikdən sonra vaginal qanaxmanız baş veribsə, bu zaman 30-40% hallarda uşaqlıq daxili bir patologiya aşkar edilir və bunların 10%-i xərçəng olur.

Bu zaman mütləq ginekoloqa müraciət edin və uşaqlıq boşluğundan analiz üçün biopsiya (toxuma nümunəsi) götürülməlidir. Unutmayın ki, erkən dövrdə aşkar edilən hətta uşaqlıq xərçənglərinin müalicələrinin nəticələri ürək açandır.

Turab Canbaxışov,

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri

Aile.lent.az

 

 


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика