Öncədən yaşanmışlıq - Dejavu sindromu

Bəzən həyatımızda, gündəlik yaşantımızda elə vəziyyətlər olur ki, sanki öncədən nə vaxtsa bu situasiyanı yaşamışıq.

Davranışlarımız bizə tanış gəlir. Belə vəziyyətə dejavu vəziyyəti deyilir.

Dejavu - insanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji haldır.

Dejavu sözünün lüğəti mənası “daha əvvəl görülmüş” deməkdir.

Bu hallarla qarşılaşan insanlar bəzən özlərini fövqəl gücə sahib hiss edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına Dejavu deyilir.

Dejavu daima nevroloqların diqqət mərkəzində olmuş və bu gündə tədqiq edilməkdədir. Aparılan bəzi araşdırmalar göstərir ki, dejavuya səbəb olan əsas amil dejavu zamanı beynin bəzi bölgələrinin daha aktiv fəaliyyətdə olmasıdır.

Uşaqlar tez-tez eyni halla qarşılaşdığını valideynlərinə bildirərlərsə, valideyn laqeyd qalmamalı və mütəxəssisə müraciət etməlidir.

Dejavunun hər bir insanda həftədə bir və ya iki dəfə olması normaldır. Lakin bu halların daha tez-tez təkrarlanması uşaqlarda epilepsiya xəstəliyinin yaranmasına yaşlılarda isə beyin pozğunluğunun xəbərçisi ola bilər.

Dünyadakı insanların 70 faizdən çoxu dejavuyla qarşılaşdıqlarını bildirirlər. Ruh halı dəyişkən olan insanlarda daha çox rast gəlinir. Ən çox rast gəlinmə sıxlığı 15-25 yaşdır.

Bəzən insanlar dejavunun tərsi olan Jamais vu halını yaşadıqlarını söyləyirlər. (Jamais Vu-bir insanın dəfələrlə gördüyü, tanıdığı birini və ya hər hansı məkanı ilk dəfə görməsi halıdır).

Aysel Məmmədzadə

Xəzər Universitetinin psixologiya fakültəsinin III kurs tələbəsi

psixotest.az

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...