Qadın tipli saç seyrəlmələri (FPHL - Female pattern hair loss) yaşı əsasən 15-dən yuxarı olan bir çox qadınlarda az və ya çox dərəcədə müşahidə olunur.
Bu problemlə qarşılaşan qadınlar əvvəl saçların tökülməsinin intensivləşməsini, saçların həddindən artıq yağlanmasını hiss edə bilər, sonrakı vaxtlarda isə əsasən ön tərəfdən saçların nazikləşib azalmasını müşahidə edə bilərlər.
İlkin əlamət olaraq orta ayrıcın genişlənməsini göstərmək olar ki, sonradan bu proses yuxarı tərəflərdə də özünü göstərməyə başlayır. Gicgah və ənsə nahiyəsindəki saçlar isə əsasən saxlanır.
Diqqətlə baxdıqda görünür ki, ön nahiyədəki saçların diametri nazikləşib. İnstrumental müayinə zamanı follikulların kiçilməsi müşahidə oluna bilər.
Qadın tipli saç seyrəlməsinin əsas səbəbi genetik xüsusiyyətdir.
Bir çox hallarda hormonal pozğunluqlar, qadın hormonlarının yetərsizliyi, androgen hormonların artıqlığı da bu cür saç seyrəlmələrinə gətirib çıxara bilər.
Bu tip saç seyrəlməsinin əmələ gəlməsi əsasən androgenə həssas genin mövcudluğu səbəbindən baş verməsindən baxmayaraq aşağıdakı səbəblər də tökülməni tezləşdirə və vəziyyəti pisləşdirə bilər.
- Ətraf muhitin zərərli təsirləri
Alimlərin təkyumurtalı əkizlər uzərində tədqiqat aparmışlar. Məlum olub ki, geni eyni olsa da ətraf mühitin zərərli təsirlərinə məruz qalmış, həmçinin siqaret çəkmək, alkoqollu içki qəbul etmək kimi zərərli vərdişləri olan əkizdə saçların vəziyyəti daha da pisləşmişdir.
- Oksidativ stress
Orqanizmdə çoxlu sayda sərbəst radikallar toplanır və antioksidant sistemi bunların hamısını neytrallaşdırmaq iqtidarında olmur.
Bu vəziyyət bütün orqanizm kim saçların da "qocalmasına" gətirib çıxarır. Bu səbəbdən də saç seyrəlməsi qadınlarda 45-50 yaşlarından sonra daha da kəskinləşməyə başlayır. Həmçinin bu yaşlarda qadınlarda qadın cinsi hormonları olan esterogenlerin də miqdarı azalmağa başlayır.
- Stress və psixoemosional gərginlik
Saç tökülmələrinin əsas səbəblərindən olan stress və psixoemosional gərginlik vəziyyəti səbəb olaraq ən böyük faiz təşkil edir. Hələ bura saçların tökülməsi və seyrəlməsi stresi də əlavə olunduqda qapalı halqa əmələ gəlir. Belə xəstələri bu vəziyyətdən cıxarmaq üçün kompleks müalicə proqramı tərtib olunmalı və bu zaman orqanizmin fərdi xüsusiyyətləri ilə yanaşı, saç tökülməsinə səbəb olan konkret səbəblər də mütləq nəzərə alınmalıdır.
Bu cür saç problemi olan qadınlar trixoloq həkimə vaxtında müraciət edərsə, saçların vəziyyətini yaxşılaşdıra və saç örtüyünü qoruyub saxlaya bilərlər.
Həkim-Trixoloq
Saglamolun.Az