İnsanların əksəriyyəti ödemlərlə üzləşir. Ödem hər hansı pozulmanın və ya xəstəliyin əlaməti olmaya bilər, sağlam insanlarda da meydana çıxa bilər.
Ona hündürdaban ayaqqabı geyən qadınlarda, çoxlu miqdarda su qəbul etdikdən sonra göz ətrafında, ağlayanda gözlərin ətrafında əmələ gələn ödemləri və s. misal göstərmək olar.
Lakin bir çox hallarda ödemlər hər hansı pozulmanın nəticəsində meydana çıxır.
Travma, allergiya, infeksiyalar, soyuqdəymə zamanı insanlarda ödemlər əmələ gələ bilər. Pozulma aradan qaldırıldıqdan sonra ödemlər də keçir.
Allergik ödemlər yerli olur, dərinin və ya selikli qişaların allergenlə (dərman, həşəratın dişləməsi və s.) kontaktı zamanı əmələ gəlir. Allergik ödemlər səpgilərlə müşayiət oluna bilər.
Bütün orqanizm allergik prosesə qoşularsa, çox təhlükəli vəziyyət yaranır. Buna ən yaxşı misal Kvinke ödemidir. Bu zaman üzdə, dodaqlarda və boyunda güclü ödem əmələ gəlir ki, bu ödemin nəticəsində insan boğulmadan ölə bilər.
Hamiləlik zamanı əmələ gələn ödemlər xüsusi bir hal olub norma və patologiya arasında aralıq mövqe tutur. Onun əmələ gəlməsinin bir neçə mexanizmi var. Onlar hamilə qadının orqanizmində su-duz balansının pozulması, genişlənən uşaqlığın divarındakı venoz damarların və limfa damarlarının sıxılması və s. nəticəsində əmələ gələ bilər.
Bəzi hallarda ödemlər çox ağır xəstəliklərin əlaməti kimi meydana çıxır. Beləliklə,
Böyrək patalogiyaları ilə əlaqədar ödemlər əsasən üzdə əmələ gəlir. Dərinin rəngi solğun olur, bir qayda olaraq onları əllə basdıqda iz qalır. Belə ödemlər səhərlər əmələ gəlir və axşama kimi itir.
Ürək mənşəli ödemlər ayaqlarda ağrı hissi, ağırlıq hissi, aşağı ətraf venalarının şişməsi, ayaqların qızarması ilə müşayiət olunur. Gün ərzində əmələ gəlir və getdikcə artır.
Qaraciyərlə bağlı ödemlər özünü qarın boşluğunda mayenin toplanması ilə (assit) göstərir və qarının ön divarının ödemi əmələ gəlir.
Limfostaz bədənin bütün hissələrində, ən çox ətraflarda əmələ gəlir. Əllədikdə digər ödemlərdən şişkinliyin itməməsi ilə fərqlənir.
Oynaqlarda ödem revmatizm və ya artritlər zamanı əmələ gələ bilər.
Xarici ödemlərdən başqa daxili orqanlarda da ödemlər müşahidə oluna bilər.
Ağciyər ödemi daxili ödemlərin ən geniş yayılmış formasıdır və boğulma nəticəsində ölüm riski çox yüksək olur.
Ağciyərlərdə maye ağır ürək-damar sistemi patalogiyalarında, ağır pnevmoniyalar və bronxitlər, travmalar zamanı yığıla bilər. Bu zaman selikli bəlğəm ifraz olunur, tənəffüs xırıltılı olur, nəfəsvermə çətinləşir.
MƏSLƏHƏTLƏR:
- Müxtəlif mənşəli və müxtəlif lokalizasiyalı ödemlər zamanı mütləq həkimə müraciət etmək lazımdır.
- Ürək, böyrək və qaraciyər ödemləri zamanı sidikqovucu, böyrəklərin filtrasiyasını yaxşılaşdırmaq məqəsdiylə UROTEA çayı və RENOKAPS şərbəti istifadə olunması məsləhətdir.
- Allergik reaksiyalar zamanı əmələ gələn ödemlərdə antihistamin preparatlarla yanaşı TEADER çayının istifadəsi effektlidir.
- Artrit və artrozlar zamanı isə iltihab əleyhinə və xondroprotektor preparatlarla yanaşı TEARTROZ çayının istifadəsi daha səmərəli təsir göstərir.
- Unutmaq olmaz ki, ödem sərbəst xəstəlik deyil və hansısa xəstəliyin inkişafı zamanı əmələ gəlir və ona görə də ödemin qarşısını almaq üçün əsas xəstəliyi müalicə etmək lazımdır.
Herba Flora jurnalı
.
Saglamolun.Az