Qadınlarda yaşın irəliləməsindən, cinsi əlaqənin növündən, çətin doğuşlardan, abort kimi müdaxəlilələrdən asılı olaraq vaginada deformasiya və genişlənmə yaranır.
Genişlənmiş və deformasiya olunmuş vaginanı əvvəlki vəziyyətə gətirmək üçün vaginoplastika əməliyatı icra olunur.
Vaginanın genişlənməsi əlaqə zamanı cinsi həzzin azalmasına səbəb olur. Ən çox bu problem təbii doğuşlardan sonra yaranır. Keysəriyyə əməliyyatı olanlarda uşaq birbaşa vaginadan çıxmadığına görə vagina deformasiyaya məruz qalmır. Vagina təkcə doğuşdan deyil, başqa səbəblərdən də genişlənə bilər.
Vaginoplastika adətən spinal anesteziya altında aparılır. Bu əməliyyatın müddəti 30-40 dəqiqə arasında çəkir. Əməliyyat əsnasında vaginanın girişindən başlayaraq bütün vagina boyu daraltma aparılır. Qoyulan tikişlər hər hansı estetik cəhətdən problem yaratmır. Əməliyyatdan sonra bir neçə həftə çalışılmalıdır ki, qəbizlik olmasın. Təxminən 2 ay cinsi əlaqələr qadağan olunur.
Vaginal bölgədə həm görünüş, həm də cinsi funksiyaların pozulduğunu hiss edən 18-65 yaş arası qadınlar estetik məqsədlə cərrah ginekoloqa müraciət edə bilərlər.
Aşağıdakı şikayətləri olan xanımlar bu əməliyyatdan faydalana bilərlər:
- doğuş keçirən bəzi qadınlarda doğuşdan sonra uşaqlıq yolunda genişlənmə yaranarsa
- cinsi həzzin azalması və tərəflər arasında soyuqluğun yaranması
- doğuşdan sonra kiçik cinsiyyət dodaqlarında asimmetrik pozulmalar yaranarsa
- cinsi yaşayış zamanı meydana gələn yırtılma və zorlanmalar
- çətin keçən doğuşlar zamanı vaginada aparılan kəsiklər, epiziotomiya səbəbiylə cinsi funksiyanın pozulması olarsa
- uşaqlıq sallanması, sidikliyin sallanması nəticəsində yaranan vaginal deformasiyalar varsa.
İlahə Quliyeva
Cərrah, mama-ginekoloq
.
Saglamolun.Az