Загрузка...

Əmizdirmə mövqeləri (II hissə)

Əmizdirmə zamanı istifadə olunan digər mövqeləri sizə təqdim edirik.

1. "Futbol topu" mövqeyi

Uşağın əmizdirilməsi üçün rahat hesab edilən daha bir mövqe vardır ki, bu zaman uşaq ananın yan tərəfində saxlanılır, sanki onun qoltuğunun altından "boylanır". Bu vəziyyət, onun əmizdirilməsinə kifayət qədər rahatlıqla nəzarət etməyə imkan verir. Bu mövqedə uşağın başını daha rahatlıqla saxlamaq olur və uşaq ananın döşünü daha dərin və daha keyfiyyətli şəkildə götürür. Bundan əlavə, bu mövqedə əmizdirilmə zamanı, uşaq ananın döşünün aşağı və qoltuqaltı hissəsinə yaxın paylarını (bu, ən böyük seqmentlər hesab olunur) daha yaxşı "boşaldır". Buna görə də bu mövqe döşün məhz bu hissəsində süd durğunluğunun profilaktikası üçün daha xeyirli hesab olunur. Bu əmizdirmə zamanı uşağın bədəninin altına yastıq da qoymaq lazımdır. Qoltuq altından əmizdirmə pozisiyası Qeysəriyə kəsiyinə məruz qalmış analar üçün daha rahat hesab olunur, çünki bu halda uşaq ananın qarnına təzyiq etmir.

2. Ananın əlinin üstündə əmizdirilmə

Bu vəziyyətdə ana uşağı ilə eyni zamanda istirahət edə bilər. Uzanmış vəziyyətdə əmizdirilmə zamanı, uşağın bədəni bir qədər yuxarıya qaldırmış olur, onun başı isə ananın əlində saxlanılır ki, bu da onun ağzının ananın döş giləsi ilə eyni səviyyədə olmasına imkan verir. Digər mövqelərdə olduğu kimi, uşağın qulağı və çiyinləri bir xətt üzrə, qarnı anaya tərəf, ağzı isə döş ilə üzbəüz olmalıdır. Yuxarıdakı əli ilə ana döşünü əmizdirmək üçün uşağına yaxınlaşdırır.

Uzanmış vəziyyətdə əmizdirməyə hazırlaşarkən, nəzərə almaq lazımdır ki, bu zaman ananın başı yastığın üzərində çiyinləri isə çarpayının üzərində olmalıdır. Uşağın yan üstə olan vəziyyətinin dəyişilməməsi üçün ana əli ilə uşağını saxlamalıdır.

Gecə saatlarında uşağı məhz bu vəziyyətdə əmizdirmək ana üçün daha rahat olur, bu zaman ananın, uşağın üzərinə yıxılaraq onu əzmək ehtimalı da olmur. Əmizdirmə zamanı ana üçün daha rahat olması üçün onun belinin altına da yastıq qoymaq olar.

3. Bel üstə uzanaraq əmizdirmə

Arxası üstə uzanmaqla da uşağı əmizdirmək olar. Əgər ananın orqanizmində südün ayrılması refleksi xeyli güclü olarsa və bu zaman güclü süd axınının öhdəsindən gəlmək uşaq üçün çətin olarsa, onu bu mövqedə əmizdirməyə cəhd etmək olar. Bu zaman uşağın ana südünün çox olması səbəbindən boğula bilməsi ehtimalı da azalır. Çünki süd yuxarıya tərəf, əlbəttə ki, o qədər də güclü axmır və bu halda süd axını nisbətən zəifləmiş olur. Bu vəziyyətdə həmçinin, körpələrə ananın döşünü daha dərin şəkildə götürmək də asan olur.

Südün güclü axını zamanı uşağın, ananın budu üzərində otuzdurulması vəziyyətində əmizdirilməsi də xeyirli ola bilər. Uşağın qusmaya meyilli olduğu halda da uşağı bu mövqedə əmizdirmək olar. Bu mövqe bir qədər böyümüş olan uşaqlar üçün daha uyğun hesab olunur.

 

I hissəni bu linkdə oxuyun:

Əmizdirmə mövqeləri (I hissə)

.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...
loading...

HƏKİMLƏR

Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика