Загрузка...

Əmizdirmə mövqeləri (I hissə)

Əmizdirmə zamanı ananın düzgün duruş vəziyyəti çox vacibdir.

Çünki uşaq 30 dəqiqəyədək, bəzən isə daha çox əmə bilər. Əgər bu zaman ana düzgün duruş vəziyyəti almışdırsa, bu, gələcəkdə onu bel-kürək nahiyyəsində ağrı və şişkinliyin yaranması, qollarının keyləşməsi kimi əzablardan qoruya bilər. Bundan əlavə düzgün vəziyyətdə və sərbəst şəkildə oturan ananın südü daha yaxşı ifraz olunur. Uşaq rahat vəziyyətdə olduqda, o, ananın döşünü düzgün və yaxşı götürür, bütün əmmə dövründə döş giləsini ağzında düzgün saxlayır, nəticədə isə, südü effektiv şəkildə soraraq asanlıqla uda bilir.

Uşağın əmizdirilməsinin düzgün və rahat şəkildə aparılması üçün aşağıdakı şərtlərə əməl edilməsi məsləhət görülür:

- Uşaq rahat şəkildə olmaqla bütün bədəni ilə anaya söykənməlidir. Onun balaca qarnı, döş qəfəsi, dizləri sıx şəkildə ananın bədəninə toxunmalıdır.

- Uşağın bədəni əyilmiş şəkildə olmamalıdır. Ana, uşağı əmizdirərkən onun qulaq, çiyin və budlarının bir xətt üzrə olduğunu yuxarıdan yaxşı görür.

- Ana özü də önə tərəf əyilmədən, belini bükmədən oturur (əmizdirməni oturaq vəziyyətdə edirsə). Yan tərəfə əyilmək olmaz.

- Uşağın ağzı ananın döş giləsinin təbii hündürlüyü səviyyəsində yerləşdirilməlidir. Döşü uşağa tərəf çəkmək yox, əksinə uşağı döşə yaxınlaşdırmaq lazımdır.

- Uşağın ənsə (başın arxa tərəfi) nahiyəsi sərbəst olur. Onun başına təzyiq etmək olmaz! Ana uşağını başının aşağı hissəsi (əsası) və bel hissələrindən olmaqla saxlayır.

- Uşağın boynu düzləndirilmişdir. Körpənin başı nə arxaya, nə də önə tərəf əyilməli deyil – hər iki halda, udma prosesi çətinləşmiş olacaq. Uşağın çənəsi özünün sinəsinə sıxılmış şəkildə olduqda, o, ağzını geniş aça bilməyəcək və nəticədə ananın döş giləsini də yaxşı götürməyəcək.

- Əmizdirilmə zamanı ananın yanında təmiz içməli su da olmalıdır. Çünki bir çox hallarda, əmizdirilmə zamanı anada su içmək istəyi yarana bilər.

 

“Beşik” mövqeyi

Beşik mövqeyi - uşağın qidalandırılması üçün ən məşhur və geniş yayılmış duruş vəziyyətidir. Bu zaman ana oturur, uşaq isə əmizdirilən döşü ilə eyni tərəfdə - ananın əlinin üzərində, döşünün altında uzandırılmışdır. Bu halda, uşağın başı - ananın dirsək büküşündə, uşaq çox kiçik olduqda onun sağrı hissəsi, uşaq bir qədər böyük olduqda isə onun bel hissəsi ananın ovucu ilə əhatə olunmuş şəkildə olur. Özünün digər ovucu ilə isə, ana öz döşünü aşağıdan saxlaya bilər.

Ananın əllərinin yorulmaması üçün uşağın altına balış da qoymaq olar. Hal-hazırda satışda, uşağın əmizdirilməsi üçün nəzərdə tutulmuş xüsusi yastıqlar da tapmaq olar.

Bəzi hallarda rahatlıqla kresloda da oturmaq olar. Bu zaman, bir qədər hündür olması üçün, ananın ayaqlarının altına kiçik skamya (qutu və s.) də qoymaq olar. Bu halda körpə, ananın döşünə bir qədər də yaxınlaşmış olur.

Əgər uşağı çarpayıda əmizdirmək istəyirsinizsə, bu zaman çarpayının baş hissəsinə söykənin, belinizin altına yastıq qoyun, körpəni bir qədər yuxarı qaldırmaq üçün ayaqlarınızı dizlərdən bükün.


“Çarpaz beşik” mövqeyi

Əmizdirmənin ilk vaxlarında - hələ ki, ananın döşünü götürməyi öyrəndiyi bir dövrdə “Beşik” mövqeyində uşağın başını saxlamaq o qədər də asan olmur – bu məqsədlə,  dirsəkdən yox, əldən istifadə edilməsi daha rahat olur.

Buna görə də, uşağa ananın döşünü düzgün tutmağı (götürməyi) öyrətmək üçün “beşik” mövqeyinin bu dəyişilmiş formasından da istifadə etmək olar. Bu zaman uşaq, ananın, əmizdirilən döşünün əks tərəfindəki əli üzərində saxlanmış olur. Bu - “çarpaz beşik” mövqeyi adlanır. Bu halda, ananın əlinin ovuc hissəsi körpənin beli və çiyinlərinin altında olur, körpənin başı isə həmin əlin baş və şəhadət barmaqları arasında saxlanmış olur. Ananın ovucu ilə baş barmağı sanki “U” hərfi formasında olur. Ana özünün digər sərbəst əli ilə döşü aşağıdan tutaraq, döşün giləsini və areolanı uşağın ağzına yerləşdirir.

Ananın uşağı saxlayan əli onun döşünə yaxınlaşdırılır. Uşağın başı azca arxaya tərəf əyildiyi üçün ananın döşünə ilk növbədə toxunan körpənin burnu yox, çənəsi olur. Bu isə öz növbəsində, areolanı daha dərin və keyfiyyətli şəkildə götürməkdə körpəyə köməklik etmiş olur. Ancaq onu da qeyd etmək lazımdır ki, bu mövqeyin də öz çatışmazlıqları vardır: ananın uşağı saxlayan əli tez bir zamanda yorula bilər; bunun qarşısını almaq üçün onun altına dayaq məqsədi ilə ya yastıq qoymaq olar, ya da uşaq ananın döşünü normal şəkildə götürdükdən sonra, ana uşağı saxlayan əlini digər əli ilə əvəz etməklə, onu sonradan ənənəvi “beşik” mövqeyində əmizdirə bilər.

Davamını bu linkdə oxuyun:

Əmizdirmə mövqeləri (II hissə)


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Zülfiyyə İbrahimova

Zülfiyyə İbrahimova

Nevrologiya

Nevropatoloq, Pediatr, EEQ İş stajı - 22 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика