Загрузка...

Böyrək daşı xəstəliyi

Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə və/və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir.

Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Bəzi hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər. Bu halda onlar digər orqanların hər hansı bir xəstəliyinin müayinə edilməsi zamanı aşkar edilir. Əksər hallarda isə onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar (bu barədə xəstəliyin simptomları bölməsində oxuya bilərsiniz) və digər əlamətlərlə müşayiət olunurlar. Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər.

Böyrək daşı xəstəliyinin risk faktorları:

- irsi meylliliyin olması;

- mədə-bağırsaq (qastrit, kolit, xora xəstəliyi və s.) və sidik-cinsiyyət sisteminin (pielonefrit, prostatit, prostat vəzin adenoması, sistit və s.) xroniki xəstəlikləri;

- qalxanvariyanı vəzin funksiyasının pozulması;

- osteomielit, osteoporoz, sümüklərin digər xəstəlikləri və ya travmaları;

- müxtəlif mənşəli zəhərlənmələr və ya infeksion xəstəliklər nəticəsində orqanizmin uzun müddət susuzlaşması;

- orqanizmdə baş verən vitamin (xüsusən D qrupu) çatışmazlıqları;

- sidiyin turşuluğunu artıran qida məhsullarının (kəskin, turş, duzlu qidalar) daimi şəkildə qəbul edilməsi;

- tərkibində duzların yüksək səviyyədə olduğu suların qəbul edilməsi;

- coğrafi faktor. İsti iqlim şəraitində yaşayan insanlarda böyrək daşı xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olur;

- ultrabənövşəyi şuaların daimi olaraq çatışmazlığı.

Böyrək daşı xəstəliyinin əlamətləri:

- Bel nahiyəsində olan ağrılar. Bel nahiyəsində (sağ və solda olmaqla bir və ya ikitərəfli) olan küt, üzücü ağrı fiziki gərginlik və ya sadəcə olaraq, bədən vəziyyətinin dəyişməsi zamanı daha da artır. Bu, sidik xaric edən orqanlarda daş olmasının ən xarakterik əlamətlərindən biridir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər. Güclü ağrı tutmasından (sancısından) sonra daşlar sidik ilə birlikdə xaric ola bilərlər.

- Böyrək sancısı. Bu zaman bel nahiyəsində həddən artıq ağrı tutması baş verir. Azalaraq və yenidən başlayaraq ağrı tutması bir neçə gün ərzində davam edə bilər. Daş yerini dəyişdikdə və ya sidik axarından sidik kisəsinə düşdükdə ağrı kəsilir.

- Sidik ifrazının tezləşməsi və ağrılı olması. Belə ağrılar – daşların sidik axarında və ya sidik kisəsində olmasına dəlalət edir. Bəzi hallarda sidik kisəsi boşalmasa da sidik ifrazı birdən kəsilə bilər. Bu “tıxanma” sindromu kimi adlandırılır və bədənin vəziyyətini azca dəyişən kimi, sidik ifrazı davam edir.

- Sidikdə qanın olması. Sidikdə qanın olması güclü böyrək sancısından və ya ağır fiziki gərginlikdən sonra baş verə bilər.

- Sidiyin bulanması.

- Arterial təzyiqin yüksəlməsi.

- Bədən temperaturunun 38-40°C-yədək yüksəlməsi - proses pielonefritin qoşulması üçün xarakterikdir;


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 marif 31.01.2012 09:57
bes bunu nece mualice etmek olar
#2 aynure 16.08.2013 11:22
salam mende tez tez siydiye getmeler olur hemde sidiye getme zamani yanmalar olur bunun mualicesi nece olur deyesiz
#3 Administrator 17.08.2013 11:39
Hörmətli Aynurə xanım!
Bu iltihabın simptomları ola bilər. Uroloqa müraciət edin. Lazım olan müayinə və analizlərdən sonra həkim Sizə müalicə təyin edəcək.
Allah şəfa versin!
#4 mehman868 22.08.2014 10:52
salam. Mende sol boyreyimde 4mm das var idi. sol terefden 1nece defe pristup oldu. daha sonra qarinin asagisinda. his eledim ki das sidik kisesinden asagi dusur. daha sonra sidik cixanda cinsi orqanim meni incidirdi. bu 5-6 gun cekd his edirdim das sidik orqanimdadir. ama soradan das ordan dusmedi ve agri itdi. sidike cixanda normal cixiram. ama cinsi elaqe zamani spermanin cinsi orqandan kecende meni cox incidir. das sperma gelen kanala gede bilermi?
#5 Administrator 22.08.2014 16:42
Sperma və sidik eyni kanadan çıxır. Uroloqa müraciət edin.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика