10 000 ADDIM SAĞLAMLIQDIR – MİF, YOXSA ELM?!

ALİMLƏR YOXLADI, DƏQİQ NƏTİCƏLƏR MƏLUMDUR

Həqiqətən də 10 min addım atmaq sağlamlğın zəmanətidir? Dünyanın bir neçə ölkəsində aparılan araşdırmaların nəticələri açıqlanıb.

Gündə 10.000 addım yerimək kimi geniş yayılmış konsepsiya 1965-ci ildə Yaponiyada yaranıb. Doktor Yoshiro Hatano pedometri icad edərək onu “Manpo-kei” adlandırıb, bu da yapon dilindən tərcümədə  “10.000 addım sayğacı” deməkdir. Düşünmək olardı ki, bu rəqəm illərlə aparılan əhəmiyyətli elmi araşdırmalardan gəlib, amma məlum olub ki, addım sayları sadəcə cihazın adı ilə bağlıdır.

Alimlər hər yerdə yayılmış bu fitnes ideyasını yoxlamaq üçün 10.000 addım atmağı sınaqdan keçirib.

Hindistan və Avstraliyada aparılan araşdırmalar, 100 gün 10.000 addım atmağın təsirlərini araşdırıb. Tədqiqatda təəccüb doğuran məqam, bu fiziki aktivliyin bədən göstəriciləri ilə bərabər psixikaya da müsbət təsir etdiyi olub.

1963 nəfərin iştirak etdiyi  araşdırmada nəticələrdə iştirakçıların stress səviyyələrini 8,9%, depressiya əlamətlərini 7,6%, təşviş hissinin 5% və azaldığı aşkar edilib.

Bundan əlavə, Taylandda 35-59 yaş arasında könüllülərdən ibarəat araşdırmada, 12 həftə ərzində iştirakçıəlıarın bədən kütləsi indeksi (BMI), bel ətrafı, bədən yağ faizi, əzələ kütləsindəki dəyişikliklərlə bərabər ümumi əhval-ruhiyyə, psixi sağlamlıq kimi müxtəlif faktorlarların da müsbətə doğru dəyişməsi halları qeydə alınıb.

Beləliklə alimlər 10.000 addımın sağlamlıq üçün faydalarını sübut edib. Amma açıq qalan bir sual daha ortaya çıxıb. 5000 addım atanların da göstəricilərində eyni nəticələr çıxa bilməzmi? Bu sualın cavabı isə yeni tədqiqatlar tələb edir. Bəs siz gündə neçə addım atırsınız?

Saglamolun.Az