Ağrıyan boğazı silmək düzgün sayılırmı?

Boğaz ağrısı bir çox insanı narahat edir, xüsusilə də uşaqları.

Bu xəstəliyə həm yayda, həm də qışda sıx rast gəlmək olur. Udqunmaq çətinləşir, boğaz şişir, çirk edir. Bu zaman isə valideynlərin ən çox əl atdıqları üsul boğazda yaranan çirki silməkdir.

Bəs bu üsul doğrudurmu?

Pediatr Vaqif Qarayev Sherg.az-a bildirib ki, boğaz ağrısı zamanı mexaniki müdaxiləni yolverilməz hesab edir. "30-40 il bundan əvvəl uşaqların boğazını neftlə, kerosinlə silirdilər. Bu gün isə bu cür hallar yolverilməz hesab edilir. Ümumiyyətlə götürdükdə isə tibbi cəhətdən boğaz silmək düzgün deyil. İltihabi proses zamanı boğazdakı udlaq badamcıqları qızarıb, şişir. Təsəvvür edin ki, o vəziyyətdə düşən badamcıqlar yetişmiş zoğalı xatırladır. Silən zaman da cüzi toxunuşla badamcıqların toxumaları zədələnir.

Həmin toxumaları zədələmədən boğaz silmək üçün mütləq əl vərdiş etməlidir. Elə həkimlərimiz var ki, artıq onlar buna vərdiş edib və fəsadsız uşaqların boğazını silir. Ancaq bu qədər dərmanlar, spreylər olan yerdə nə məcburdur ki, uşaqlara bu qədər əziyyət verilsin. Axı körpə uşaqların boğazını silərkən badamcıqları zədələməmək çox çətindir. Toxumalar zədələndiyi zaman da qida qalıqları orda ilişib qalır və orada çürüyərək mikrobların yaranmasına səbəb olur”.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...
Vüsal Mahmudov

Vüsal Mahmudov

Travmatologiya

Travmatoloq-ortoped İş stajı - 14 il

Ətraflı...
Vüqar Rəsulov

Vüqar Rəsulov

Qastroenterologiya

Qastroenteroloq İş stajı – 18 il

Ətraflı...

 


Яндекс.Метрика