Загрузка...

Varikoz xəstəliyi nədir?

Qan damarları öz funksiyalarına görə arteriyavenalara bölünürlər. Arteriyalar ürəkdən aldıqları, oksigen və qida maddələri ilə zəngin olan “yüngül” al-qırmızı arterial qanı, orqan və toxumalara daşıyırlar.

Tərkibundəki qida maddələri və oksigeni toxumalara verərək, maddələr mübadiləsi qalıqlarını və karbon qazını onlardan alaraq “ağır”, tünd qırmızı rəngə çevrilən venoz qanı isə venalar vasitəsi ilə geriyə-ürəyə qaytarılər.

Bu zaman aşağı ətraf venaları daha çox gərginliyə məruz qalırlar. Çünki onlar ürəyə doğru istiqamətləndirdikləri qanı, ağırlıq qüvvəsinin əksi istiqamətində hərəkət etdirməli olurlar. Məhz bu gərginliyin nəticəsində, aşağı ətrafdakı dərialtı venalar öz elastikliyini itirərək bir qədər dartılmış olur, bəzi yerlərdə venoz düyünlər (latın dilində “varix”) əmələ gəlir. Beləliklə də, venaların varikoz xəstəliyi yaranmış olur. Əlbətdə ki, varikoz xəstəliyi heç də hamıda inkişaf etmir. Onun yaranmasına bir sıra faktorlar səbəb olur:

- İrsiyyət. Bu varikoz xəstəliyinin inkişafının əsas risk faktorlarından biri hesab olunur. Buna görə də əgər sizin yaxın qohumlarınız arasında varikoz xəstəliyindən əziyyət çəkənlər çoxdursa, siz, bu xəstəliyin profilaktikasına mütləq riayət etməli, onun ilkin əlamətləri baş verən kimi tez bir zamanda həkim-fleboloqa (venalar üzrə mütəxəssis) müraciət etməlisiniz.

- Qadın cinsinə mənsub olmaq. Varikoz xəstəliyi əsasən “qadınların” xəstəliyidir. Statistik məlumatlara əsasən bu xəstəlik qadınlarda kişilərə nisbən 3-4 dəfə artıq təsadüf edilir.

- Hamiləlik və doğuş. Hamiləlik vaxtı qadınların 50%-də varikoz xəstəliyinin ilk əlamətləri meydana çıxır. Hormonal fonda olan dəyişikliklər venaların tonusunun azalmasına səbəb olur. Ölçüsü artan uşaqlıq isə çanaq venalarını sıxdığı üçün aşağı ətraf venalarında təzyiqin artmasına səbəb olur. Doğuş zamanı qarın boşluğunda təzyiq xeyli artdığı üçün venalar daha çor gərginliyə məruz qalaraq güclü şəkildə genişlənirlər.

- Ağırlıq qaldırılması ilə əlaqədar olan işlər də əksər hallarda varikoz xəstəliyinin inkişaf etməsinə səbəb olur. Ağır fiziki işlə məşğul olanlarda və trenajor zallarında ağır fiziki hərəkətlər etməyə adət edənlərdə bu xəstəliyin baş vermə ehtimalı eyni dərəcədə olur.

- Uzun müddət ərzində ayaq üstə işləyənlər. Əgər sizin işiniz gün ərzində xeyli müddət ayaq üstə olmaqla əlaqədardırsa, sizdə varikoz xəstəliyinin “qazanılması” riski də xeyli yüksək olur. Ayaq üstə və oturaq vəziyyətdə olarkən aşağı ətraf venaları böyük gərginliyə məruz qalırlar.

- Hormonal dərtmanların qəbul edilməsi. Bu risk faktoru da qadınlara aiddir. Çünki bu zaman söhbət qadın hormonlarına (estrogenlər və hestagenlər) aid olan preparatların qəbul edilməsindən gedir.

Əlbətdə ki, sadalanan faktorlardan ancaq birinin olması heç də sizdə varikoz venaların olacağı demək deyil. Ancaq istənilən halda varikozun profilaktikasını aparmaqdan (bu barədə aşağıda oxuya bilərsiniz) imtina etmək lazım deyil. Ayaqlarınzda ağırlıq, ağrı, xoşagəlməz hissiyyatlar, damar torları kimi ilkin əlamətlər baş verdiyi halda, tez bir zamanda mütləq həkim-flebolaqa müraciət edin! Xəstəliyin profilaktikası və müalicəsi nə qədər tez başlansa, onun effektivliyi də bir o qədər artıq olar.

Venalarda problem olduğunu necə bilmək olar?

Varikoz xəstəliyinin görünən əsas xarici əlaməti - ayaqlarda göy və ya qırmızı çalarlığı olan “tor şəkilli”, “ulduz şəkilli”, “hörümçək toru” formasında olan damar şəkillərinin olmasıdır. Ulduz şəkilli bu torlar ancaq kosmetik narahatlıq yaratmır. Xəstəlik 50% hallarda bu əlamətlə yanaşı, ayaqlarda ağırlıq hissiyyatı, şişkinlik, yorğunluq və keyləşmə, axşam saatlarında baldır əzələlərində qıcolmalar və sair əlamətlərlə də müşayət olunur.

Bu əlamətlərin olması, aşağı ətraflarda inkişaf etməkdə olan (və ya artıq mövcud olan) venoz çatmazlığın əlamətləridir. Ona görə də sizin fikrinizcə, ayaqlarınızda venaların genişlənməsinin hətta cüzi əlamətləri olduqda belə, həkim-flebolaqa müraciət etmək vacibdir. Aparılan baxış və ultrasəs müayinəsindən sonra həkim, varikoz xəstəliyinin mərhələsini məyyən etdikdən sonra, sizə lazım olan müalicəni də təyin edəcəkdir.


Saglamolun.Az

.
loading...
.

Şərhlər  

#1 lale 04.05.2013 20:27
men hamileliyin ilk aylarinda qorudum. amma yene coxaldi
#2 ulviagayev 07.08.2014 20:59
SALAM HEKIM MENIM AYAQLARIMDA VE ELLERIMMDE HORUMCEK TORU KIMI GOY DAMARLAR HEDDINDEN ARTIQ UZDEDI 23 YASIM VAR LAKIN BU MENDE 16 YASIMDA OLANDA YRANDI ELE UTANIRAMKI BUNA GORE BILMIRE NE EDIM ELIMI YUXARI QALDIRIRAM DAMARLAR ITIR ASAGI ENDIRENDE HEMENKI KIMI GONAQ GEDENDE XUSISILE YAY VAXTI ELIMI AYAGMI GIZLETMEYE CALISIRAM QEYD EDIM KI MENIM USAQLIGIM KENDDE KECIB AGACA SUTUNLARA DIRMASMAQ HOBBIM OLUB BELKE BUNAMI GORE BU GUN PESMANLIQ CEKIREM BELEDIRNI ETRAFLI YAZIN XAHIS EDIREM
#3 Administrator 08.08.2014 06:13
Bu linkə keçib sualınızı verin: http://www.saglamolun.az/index.php/damar-xestelikleri/998-samir-abdullayev.html

loading...
.

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика