Загрузка...

Doğuşdan sonra qadından kəsilən orqanın insan həyatına İNANILMAZ TƏSİRİ - BİLMƏDİKLƏRİNİZ

Qırışlara necə qalib gəlmək olar? Qədim dövrlərdən bəri insanlar bu suala cavaba tapmağa çalışıb.

Gənclik eliksirinin axtarışları bu günədək davam edir. Müasir dövrdə bir çox mütəxəssislər artıq bu suala cavab tapıb. Belə ki, gözəllik mütəxəssisləri ciftin (plasenta) tərkibində dəri üçün faydalı olan çoxlu sayda maddə aşkar edib. Yapon alimləri iddia edir ki, cift öz xüsusiyyətləri sayəsində dərini cavanlaşdırmağa qadirdir.

Publika.az bu yazıda oxucuları ciftin kosmetologiyada istifadəsi və faydaları ilə tanış edir:

Cift nədir?

Cift dölün inkişaf dövründə ana və uşaq arasında maddələr mübadiləsini həyata keçirən, süngərəbənzər, yumuşaq, qan ilə dolu disk şəklində olan, uşaqlığın selikli qişasına bitişmiş xüsusi orqandır. Cift hüceyrələrin yenilənməsinə və toxumalarda mübadilə proseslərinə təsir edən müxtəlif qida və bioloji maddələrlə zəngindir. Təəccüblü deyil ki, tərkibi belə təbii qida və müalicəvi maddələrlə zəngin olan mənbə kosmetika şirkətlərinin marağını çəkib. Onların hazırda əsas məqsədi həqiqətən də müsbət effekt verən, eyni zamanda tamamilə təbii kosmetikanın yaradılmasıdır.

Bu xammaldan kosmetika istehsalında ilk dəfə keçən əsrin 30-cu illərindən etibarən kültəvi şəkildə istifadə edilməyə və möcüzəli vasitənin dəriyə təsiri öyrənilməyə başlanılıb. Lakin ciftin dəriyə effekti hələ qədim dövrlərdən məlum olub. Xüsusilə dəri maskalarına olan marağı ilə tanınan Kleopatranın ciftdən istifadə etdiyinə dair məlumatlar var. Orta əsrlərdə isə ondan varlı qadınlarda istifadə edərmiş. O dövrdə ciftə münasibət az qala mistik həddə çatmışdı. Belə ki, cadugərlər ciftdən əldə edilən vasitələri qadınlara həyat enerjisi verən dərman və eliksir kimi satırdırlar. Şübhəsiz ki, cift maskaları sonda həqiqətən də cavanlaşdırıcı effekt verirdi.

XX əsrdə aparılan tədqiqatlar göstərib ki, ciftin cavanlaşdırıcı və təmizləyici effekti onun tərkibinə daxil olan elementlərlə bağlıdır. Faktiki olaraq indi tərkibində cift ekstrakı yer alan kosmetika dərini intensiv qidalandırır və dərini təbii proseslərin fəaliyyəti üçün zəruri olan bioloji aktiv maddələrlə qidalandırır. Və burada heç bir magiya yoxdur.

Kosmetikalarda insan və qoyun ciftindən istifadə edirlər. Alimlərin sözlərinə görə, ciftin insana və heyvana aid olmasında prinsipial fərq yoxdur. Çünki əldə edilmiş məhsulun səmərəliliyi təxminən oxşardır.

Ciftin istehsalı ilə kosmetika şirkətləri deyil, məhz bu sahədə ixtisaslaşan müəssisələr məşğul olur. Bu, cift istehsalının hazırlıq prosesinin mürəkkəbliyi ilə bağlıdır.

Bir qadının cifti keçmiş sağlamlıq vəziyyətinə əsasən doğuşdan sonra istifadə edilir və infeksiyaların yoxlanılması üçün müəssisənin laboratoriyasında məcburi testlər keçirilir. Yeri gəlmişkən, bu proses bir çox ölkələrdə qanunla tənzimlənir və ciddi dövlət nəzarəti ilə həyata keçirilir. Azərbaycanda isə onun istehsalı ilə məşğul olan müəssələr mövcud deyil. Cift istehsalıyla əsasən inkişaf etmiş ölkələr məşğul olur.

Yerli mütəxəssislər ciftin dəriyə təsiri və onun Azərbaycanda tətbiqi ilə bağlı suallarımıza cavab verib.

Həkim kosmetoloq Şəfəq Mustafayeva ciftin estetika sahəsində istifadə qaydalarından danışıb. O bildirib ki, cift dərinin bütün funksiyalarına müsbət təsir göstərir:

“Ciftin tərkibində bioaktiv maddələr və 100-dən çox həyati vacib komponentlər var. Bu, o deməkdir ki, cift dərini gəncləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır. Ümumiyyətlə, ciftin dəriyə faydalarını saymaqla bitmir. Dəri metabolizmini gücləndirir, nəm qalmasını təmin edir, həm iltihab əleyhinə təsiri var, həm də linftinq təsirə malikdir. Dərinin qocalmasının digər səbəbi yağ balansının pozulması və quruması ilə bağlıdır. Ciftdən əldə edilən preparatlar həmçinin üz dərisinin yağ balansını tənzimləyir, regenerasiyanı yaxşılaşdırır, kollagenin sintezini sürətləndirir və hüceyrələrdə kollageninin depolanmasını təmin edir. Yeni hüceyrələrin əmələ gəlməsini dəstəkləyir, eləcə də ölmüş hüceyrələri aradan qaldırır. Ən böyük təsirlərindən biri də antioksidant xüsusiyyətləridir. Dəri problemlərində antioksidant çox böyük gücə malikdir. Antioksidant tərkibli maddələr dərini gənclədirir, rəngini ağardır, elastikliyini bərpa edir. Yekun olaraq əminliklə deyə bilərik ki, cift dərinin qocalma prosesini ləngidir, gəncləşdirir və qırışları açır”.

Ş.Mustafayevanın sözlərinə görə, plasenta terapiyası təhlükəsiz olması ilə seçilir:

“Plasenta terapiyasından istifadə etmək həm də orqanizm üçün təhlükəsizdir. Çünki çox uzun təmizlənmə mərhələsindən keçir, allergik və toksik məsələlər nəzərə alınır. Plastena istehsalı ilə əsasən yapon şirkətləri məşğul olur. Yaponların və digər ölkələrin preparatları bizə də gəlib çıxır. Çox nadir hallarda onlardan akapuktura üsulu ilə istifadə edirik. Nəticələr kifayət qədər yaxşı olub. Bildiyim qədəriylə ondan Azərbaycanda çox az həkim istifadə edir. Çox istərdim ki, onun tətbiqi Azərbaycanda da elmi baxımdan yüksək səviyyədə araşdırılsın, bu işin mütəxəssisləri tərəfindən geniş tətbiq olunsun. Plasenta terapiyası salonlarda tətbiq edilməli deyil. Arzu edirəm ki, bununla bizim kosmetoloqlarımız, dermatoloqlarımız və genetiklərimiz məşğul olsun. Və inanıram ki, gələcəkdə bu məsələ laboratoriyalarımızda yüksək səviyyədə araşdırılacaq”.

Ş.Mustafayeva bildirib ki, plasenta preparatlarının dəriyə ineksiya üsulu ilə tətbiqi tərkibində plasenta ekstraktı olan kremlər, skrablar, losyonlardan və saç şampunlardan daha effektiv üsuldur:

“Ümumiyyətlə, dəriyə tətbiq olunan bütün ineksiya prosedurları daha güclü təsir göstərir, nəinki kremlər. Onlar ineksion kosmetologiya ilə müqayisədə çox zəifdir. Çünki ineksiya üsulunda preparat birbaşa hüceyrələrə tətbiq edilir. Bununla belə kosmetik məhsulların tərkibində kimyəvi qatqıların olmaması, plasenta ekstraktının olması istənilən halda xoşdur və xeyirli tərəfləri də var. Azərbaycanlı xanımların təbii prosedurlara marağı böyükdür. Bizim ölkənin xanımları onsuz da gözəldir. Ulu nənələrimizdən bu günə qədər təbii üsulları sevmişik. Öz tərcübəmdən çıxış edərək deyə bilərəm ki, azərbaycanlı xanımlar təbii nə varsa, ona maraq göstərir. Plazma terapiya da bu qəbildən olan prosedurdur. İnsanın öz qanı ilə dərisini yeniləyirsən. Süni müdaxilələrdən uzaq olmağa çalışırlar, burada dünya görüşü, intellekt səviyyəsi də rol oynayır”.

Həkim kosmetoloq daha sonra plasentanın necə əldə edilməsindən danışıb:

“Plasenta terapiyasının geniş istifadə edilməməsinin səbəbi onun istehsalı ilə bağlıdır. Onun istehsalı çox ciddi məsələdir, dövlət nəzarəti ilə xüsusi proqram şəklində həyata keçirilməlidir. Bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu, transplantasiya ilə oxşardır”.

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və rekonstruktiv cərrah Vaqif Qələndərli dərini cavanlaşdırmaq, üz toxumalarının regenerasiyası üçün plasenta üzərində tədqiqatlar aparıldığını və geniş miqyaslı tətbiq edilmədiyini vurğurayıb:

“Dərini cavanlaşdırmaq üçün dünyada ən son üsullarından biri də plasenta qanından alınan kök hüceyrələridir. Kök hüceyrələr qırışların açılması və çökəkliklərin aradan qaldırması üçün istifadə olunur. Amma qlobal şəkildə deyil, bu araşdırmalar hələ də təcrübi məqsədlər üçün davam etdirilir. Tam təsdiqlənməyib”.

Cərrah onu da bildirib ki, göbək ciyəsindən alınan kök hüceyrələr eyni zamanda insanın özünün piy toxumasında da var: “Mexanizm kök hüceyrələrinin köçürülməsindən ibarətdir. Biz kök hüceyrələri qarın piyinin toxumasında da alıb hazırlayıb köçürürük”.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика