Maqnezium çatışmazlığının əlamətləri nələrdir? - DİQQƏT

Maqnezium insan orqanizmi üçün çox vacibdir. Bəs orqanizmdə maqnezium çatışmazlığı olduğunu necə bilmək olar?

Sağlamolun.az əlamətləri təqdim edir:

- Xroniki yorğunluq. Əlavə bir maqnezium mənbəyi təkcə dözümlülüyü artırmır, həm də xroniki xəstəliklər üçün fayda gətirir.

- Əzələ krampları. Tez-tez əzələ krampları çatışmazlığın sübutu ola bilər.

- Migren. Əlavə bir maqnezium mənbəyi ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığı aradan qaldıra bilər.

- Yuxu ilə bağlı problemlər. Əlavə istehlak yuxu problemlərinin öhdəsindən gəlməyə kömək edir.

- Oynaqlarda ağrı. Artan istehlak oynaq ağrılarını aradan qaldırır.

Tərkibində maqnezium yüksək olan məhsullar - kakao, yaşıl yarpaqlı tərəvəzlər, meyvələr, qoz-fındıq, paxlalılar, kartof, balqabaq.

Saglamolun.Az